Niyə xaricə yaşamağa gedəndə Ərəbistanı, İranı, İordaniyanı, Livanı, Liviyanı seçmirik?
Bəşəriyyətə vaqe olan səmavi dinlərin (buddizm, zərdüştlük, iudaizm, xristianlıq, islam) hər biri bir kültürdür, mədəniyyət nümunəsidir. Dinlər, əslində, insanlara mərhəmət kimi ən ali keyfiyyəti aşılayan ilahi nəsihətdir. Dinlə qətiyyən işimiz yoxdur. Zatən bir faktı yaddan çıxarmayaq ki, millətimizin və xalqımızın etiqad və inam dini vaxtilə Roma mədəniyyətinin inkişafında əvəzsiz rolu olan Zərdüştlük olub. İlsam dini isə bizə 11-ci əsrdə zorla qəbul etdirilib. Azərbaycanın azadlığı uğrunda misilsiz savaş aparan Babək tariximizin ən böyük şəxsiyyətlərindən biridir.
Bu yazı qətiyyən dinin təftişi deyil, mühafizəkar məzhəb zehniyyətinin ehkamlaşmış və daşlaşmış stereotipinə münasibətdir. Bu gün islam inanclı hər məkanda müşahidə edilən müsəlman və şəriət mühitinin ruhu məzhəbə bağlıdır. Məzhəblərin isə idarə nöqtələri, pultları var. Məzhəblər və onların yaradıcıları hamı tərəfindən qəbul edilmir, çünki hər bir məhzəb dinin baza prinsiplərinin təhrifinə dayanan kəlam toplusudur, əməli həyatda idealizmdən praqmatikliyə meyllənən figh məktəbidir. Bir sıra islam alimləri məzhəbləri Qurani-Kərim və Məhəmməd peyğəmbərin (s) sünnəsinin fərqli anlama variantları kimi də təhlil edirlər. Əslində məzhəblər səmavi dini kuralların etiqadi (ideoloji, ruhi-mənəvi) və siyasi (praqmatik) istiqamətdə fərqli düşüncə məktəbləridir. Xristianlarda da bu belədir. Lakin xristianlar bu gün məzhəbçi islamın yaşadığı vəhşi dövrü arxada qoyublar. Məzhəb dinin mutasiyaya uğramış variantıdır, geriyə isə yolu yoxdur.
İnanclı insanlarla işim yoxdur. Hər kəsin vicdan azadlığı onun konstitusion hüququdur.
Gəlin, səmimi danışaq. Bu gün siyasi islam məzhəbinin nümayəndələrinin hədəfi nədir – dini dövlətin yaradılması. Bu təhlükəli hədəf dövlətimizin və millətimizin hədəfi ola bilərmi? Qətiyyən!
İran və Səudiyyə Ərəbistanı, yaxud digər ərəb dövlətləri ilə Almaniya, İngiltərə, İsveçrə, Fransa dövlət nümunələrini müqayisə edin. Niyə xaricə yaşamağa gedəndə Səudiyyə Ərəbistanını, İranı, İordaniyanı, Livanı, Liviyanı seçmirik? Sorunlar çoxdur!
Yazırsınız ki, Londondakı Mehdi nökərləri təşkilatını ingilislər yaradıb və onlardan alət kimi istifadə edirlər. Bəs müsəlmanlar niyə ingilisləri, almanları "verbovka" edib (öz təsiri altına salıb) istifadə edə bilmirlər? Düşündürücüdür, deyilmi?
Adil Qeybulla
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1777 Tarix: 07 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
18 oktyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib
19 oktyabrDSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq
20 oktyabrBakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı
19 oktyabr1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları
18 oktyabr"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri
19 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabrBakının bu rayonunda iki gün SU OLMAYACAQ
Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl
19 oktyabr