Bakıda "qazi" "İmam Mehdi" yolunda çənə sındırdı – VİDEO

Bakıda "qazi" "İmam Mehdi" yolunda çənə sındırdı – VİDEOÖzünü 12-ci imam, "Sahib əz-Zaman Mehdi" kimi təqdim edərək ən azı 40-dan çox insanın milyonlarla pulunu ələ keçirən Aqil Babayevin cinayət işinin başlanması ilə bir çox məqamlar üzə çıxmaqdadır.

Sonxeber.az Axar.az-a istinadla xəbər verir ki, "İmam Mehdi"nin fanatcasına müdafiə edənlər də peyda olub və onlar cidd-cəhdlə Aqil Babayevdən şikayətçi olanların iddialarını geri götürməsinə və "İmam Mehd"nin azadlığa çıxmasına nail olmağa çalışırlar.

Bu kampaniyanı təşkil edən əsas simalardan birinin isə Ceyhun Məhərrəmov adlı şəxs olduğu iddia edilir. Özünü "Qarabağ qazisi" kimi təqdim edən bu şəxs Aqil Babayevin əməllərindən zərər çəkənlərə təzyiq göstərir, onları təhqir edir.

Bir müddət öncə, may ayında C.Məhərrəmov iftar süfrəsində zərərçəkmişlərlə əlbəyaxaya da çıxıb. Bununla bağlı redaksiyaya təqdim edilən görüntülər də var. Bildirilir ki, Ceyhun Məhərrəmov və zərərçəkmişlərdən olan Zaur Abdullayev Xətai rayonunda qonşudurlar, eyni binada qalırlar. İftar məclisi zamanı Ceyhun Məhərrəmov sözügedən şəxsləri təhqir edərək, "İmam Mehdi" kimi özünü təqdim edən şəxsin müdafiəsinə qalxıb. Bu zaman yarana biləcək qalmaqalı sakitləşdirmək üçün Zaur Abdullayevin qardaşı Faiq Abdullayev ortaya girib və Ceyhun Məhərrəmovu uzaqlaşdırmağa çalışıb. C.Məhərrəmov isə onu bir zərbə ilə yerə yıxıb, çənəsini sındırıb və əlbəyaxa davaya rəvac verib. Daha sonra isə C.Məhərrəmov döyülüb, bunun ardınca evə qaçan C.Məhərrəmov iki bıçaqla geri qayıdıb, nəticədən münaqişənin digər iştirakçıları qaçıb gediblər.

C.Məhərrəmov və yaxınları həyətdəki iftar məclisini də dağıtdıqdan sonra (videoda görünür – red.) polis çağıraraq, C.Məhərrəmovun döyüldüyünü iddia ediblər və videonun özlərinə uyğun montaj edilmiş hissəsini mediaya verməklə, həmçinin "qazi" adından istifadə ilə təzyiqlərə başlayıblar.

Ceyhun Məhərrəmov qazidirmi?

Ceyhun Məhərrəmov 1980-ci il təvəllüdlüdür. Əlillik Altsistemində Ceyhun Bəhrəm oğlu Məhərrəmovun 1999-cu il 1 yanvarda xəsarət aldığı qeyd edilir. Həmin tarixdə heç bir savaş baş vermədiyindən, C.Məhərrəmovun "qazi" olması mübahisələndirilə bilər.

C.Məhərrəmov həqiqi hərbi xidmət zamanı təlim keçirilərkən, ehtiyatsızlıqdan xəsarət alıb və ona ikinci dərəcəli əlillik təyin edilib. Yəni xəsarəti hərbi xidmət zamanı alıb, amma "qazilik" anlayışı tamamilə fərqlidir. C.Məhərrəmovun nə Aprel və Tovuz savaşlarında, nə də İkinci Qarabağ savaşında iştirak edib.

C.Məhərrəmov iddia edib ki, zərərçəkmiş qonşuları "İmam Mehdi" ilə bağlı istintaqa verdiyi ifadəsinə görə ona təzyiq edirlər. Belə ki, "Şaurma N1" şirkətinin 2010 sənədlərində filiallardan birinin VÖEN-i C.Məhərrəmovun adınadır. Həmin zaman o, həmin şirkətdə çalışırmış. Bu faktdan istifadə edən C.Məhərrəmov "İmam Mehdi" - Adil Babayevin "Şaurma N1" şirkətinə "şərik olduğunu" deyib. Burda əsas məqsəd Adil Babayevin milyonlarının "mənbəyini" inandırıcı dəlillərlə göstərməkdir. Ancaq "A.Babayev "Şaurma N1"ə necə şərik olub" sualı açıq qalır ki, bu, ayrıca araşdırma tələb edir.

İftar süfrəsindəki dava ilə bağlı təhqiqarı Xətai rayon 36-cı Polis Bölməsi aparır. C.Məhərrəmov zərərçəkmişlərə şərt qoyub – "İmam Mehdi"nin əleyhinə ifadələrinizdən və vurulan zərərlərdən imtina edin, əvəzində may ayında baş verən dava ilə bağlı polisə verdiyim şikayəti geri çəkim.

Bu isə "İmam Mehdi"nin azad olunmasına çalışmaqla bərabər, zərərçəkmişlərin yüzminlərlə vəsaitdən imtina etməsini tələb etmək deməkdir.

Belə ki, zərərçəkənlərdən biri olan Zaur Abdullayev "İmam Mehdi"nin onu aldadaraq, 134 min manatını aldığını bildirir.

Digər zərərçəkən isə məhz "Şaurma N1"in əsl sahibi Natiq Sadıqovdur, onun 543 min manat pulu dələduzluqla ələ keçirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4421   Tarix: 07 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19 oktyabr
.

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq

20 oktyabr
.

Bakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı

19 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Dövlətin əsas prioriteti ölkənin təhlükəsizliyidir: Məktəblərdə bərabərlik prinsipi necə qorunmalıdır?

"Bizim kollektiv kimlik formalaşdırmaq kimi bir hədəfimiz yoxdur. Burada əsas məsələ məktəbdə bərabərlik prinsipinin gözlənilməsidir. Kimlik fərdi qaydada, insanın özünü təkmilləşdirməsi ilə də formalaşa bilər. Fərdi düşüncədə baş verən dəyişikliklər və yenilənmələr bütövlükdə ölkəmiz üçün olduqc

19 oktyabr
.

"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"

Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri

19 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Bakının bu rayonunda iki gün SU OLMAYACAQ

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl

19 oktyabr