DTX-nin həbs etdiyi "Broker Əbülfəz" kimdir?
"Broker" MMC-nin rəhbəri, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan Əbülfəz Məlikov bu günlərdə DTX tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
"Qafqazinfo" xəbər verir ki, "Broker Əbülfəz" adı ilə tanınan və gömrük sistemindəki monopolist sistemin əsas fiquru hesab edilən Ə.Məlikovun həbsi cəmiyyətdə geniş müzakirə olunur. Onun uzun illərdir gömrük sistemində ölkəyə idxal edilən bir sıra məhsulların hüququna yiyələndiyi, özünə böyük biznes imperiyası yaratdığı bildirilir.
Mətbuatda yayılan məlumatlar, eləcə də sosial şəbəkələrdə bir çox tanınmış şəxslərin yazdıqları Əbülfəz Məlikovun ətrafındakı müzakirələri daha da qızışdırıb. Onun haqqında ən sensasiyalı fikirləri isə Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, keçmiş deputat, politoloq Cümşüd Nuriyev deyib. C.Nuriyevin iddialarına görə, Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni olan Ara Abramyanın bacısının əridir. Sabiq deputatın bu açıqlamasından xeyli vaxt keçməsinə baxmayaraq, qarşı tərəf bu iddia ilə bağlı hər hansı bir fikir səsləndirməyib, münasibət bildirməyib.
Digər məlumatlara görə, Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumudur. Mətbuatda yayılan iddialara görə, M.Əhədəpur da erməni əsillidir və daha əvvəl Manukyan soyadını daşıyıb. Onun İran və Rusiyada böyük biznes şəbəkəsi var.
Bildirilir ki, əslən Şamaxıdan olan Əbülfəz Məlikov biznesə siqaret satışı ilə başlayıb. "28 May" metrosunun qarşısında kiçik siqaret satışı yerləri olan Məlikovun Azərbaycana ilk dəfə qeyri-qanuni yollarla siqaretlərin gətirilməsi işini həyata keçirdiyi iddia olunur. Belə ki, illər əvvəl Bakıda Dağıstan, Rusiya və əsasən İran istehsalı olan siqaretlərin çoxluq təşkil etdiyi dövrdə həmin məhsulların Əbülfəz Məlikovun təşkilatçılığı ilə gətirildiyi qeyd edilir. Bundan sonrakı dövrdə isə onun iranlı iş adamı Mənüçöhr Əhədpurla yaxınlığı, qohum olması və biznesini böyütdüyü bildirilir.
Qeyd edək ki, bir müddətdir hüquq-mühafizə və xüsusi xidmət orqanları Dövlət Gömrük Komitəsində araşdırmalar aparır. Bu çərçivədə komitənin rəhbərliyi vəzifədən azad edilib, bir neçə general və digər yüksək vəzifəli şəxslər həbs edilərək barələrində cinayət işi açılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1429 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
18 oktyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib
19 oktyabrDSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq
20 oktyabrBakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı
19 oktyabr1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları
18 oktyabr"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri
19 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabrBakının bu rayonunda iki gün SU OLMAYACAQ
Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl
19 oktyabr