Ukraynada "ən ağır" mərhələ başlayır - Britaniya kəşfiyyatı

Ukraynada "ən ağır" mərhələ başlayır - Britaniya kəşfiyyatıBöyük Britaniyanın Müdafiə Nazirliyinin şənbə günü açıqladığı yeni kəşfiyyat məlumatlarına görə, Rusiya "Ukraynanın mümkün əks-hücumlarına" hazırlıq məqsədi ilə qoşunlarını "cənub istiqamətinə" yığır.

Lent.az xəbər verir ki, nazirliyin hərbi kəşfiyyata dair sənədində Rusiyaya məxsus hərbi yük maşınları, tanklar, artilleriya qurğuları və digər silah-sursatdan ibarət uzun karvanın Ukraynanın Donbas əyalətindən çıxarılaraq ölkənin cənub-qərbinə tərəf irəlilədiyi əks olunub.

Məlumatda Rusiyanın işğalı altında olan Melitopol, Berdiansk, Mariupol, eləcə də Rusiyanın sərhəd ərazilərində olan hərbi təchizat sistemlərinin Kerç körpüsü vasitəsi ilə Krıma daşındığı qeyd edilib.

Bundan əlavə, qurumun açıqlamasında hər biri 800-1000 canlı qüvvədən ibarət olan batalyon taktiki qruplarının da Krıma cəmləşdirildiyi bildirilir. Britaniya hərbi kəşfiyyatı bu qüvvələrdən Xerson regionunda olan rus ordusuna dəstək məqsədi ilə istifadə ediləcəyi qənaətindədir.

Ukrayna qüvvələri isə ölkənin cənubunda yerləşən strateji körpüləri, Rusiyaya məxsus sursat anbarlarını və dəmiryol xətlərini sıradan çıxarmağa fokuslanıb, Britaniyanın Müdafiə Nazirliyi bəyan edib. Ukrayna bu yolla Rusiyanın cənubdakı qoşunlarına logistik dəstəyi kəsməyə çalışır.

Britaniya hərbi kəşfiyyatı iddia edir ki, Rusiya-Ukrayna müharibəsi yeni – "ən ağır" döyüş mərhələsinə daxil olmaq üzrədir. Qurumdan verilən xəbərə görə, döyüşlər cənub-qərbdə – Zaporojyedən Xersonadək uzanan Dnepr çayına parallel təxminən 350 kilometrlik cəbhə boyu ərazini əhatə edəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2357   Tarix: 08 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

BMT Qəzza sakinlərinə ərzaq yardımını dayandıracaq

Böhran və münaqişələrdən əziyyət çəkən insanlara ərzaq yardımı göstərən BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə çatışmazlığı səbəbindən Qəzza zolağındakı əməliyyatlarını təxminən üçdə bir azaldacaq. xəbər verir ki, sənəddə bildirilir ki, təxminən 500.00 insan bu cür yardımdan məhrum olacaq. 2025-c

19 oktyabr
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19 oktyabr
.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

18 oktyabr
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Netanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin

19 oktyabr
.

Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe

18 oktyabr
.

Rusiyanın Kiyevə hücumu nəticəsində qadın həlak oldu

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, üç nəfər yaralanıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində paytaxtın sol sahilində yerləşən metro stansiyasına

19 oktyabr
.

Rus ordusu Omelniki işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Omelnik yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

19 oktyabr