Əsrlik problem: "Hər iki tərəf güzəştə getməlidir" - FOTO

Əsrlik problem: "Hər iki tərəf güzəştə getməlidir" - FOTOÖtən gün Fələstinlə İsrail arasında gərginlik yenidən alovlanıb. Fələstin tərəfinin açıqlamalarına görə, İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 15 nəfər ölüb. İsrail tərəfi isə hava zərbələrinin HƏMAS təşkilatının raket hücumlarına cavab olaraq gerçəkləşdirildiyini qeyd edib. Bir sözlə, Yaxın Şərqin yüz ildir səngimək bilməyən problemi davam etməkdədir. Bəs onun həlli yolu nədədir?

Mövzu barədə Oxu.Az-a açıqlama verən Yaxın Şərq üzrə eksperti Kənan Rövşənoğlu bildirib ki, Fələstin-İsrail münaqişəsi son yüz ilin ən dərin münaqişəsi hesab olunur:

"Bu münaqişə iki dövlətli həll yolu ilə səngiyə bilər. Dünyanın aparıcı dövlətləri və BMT-nin tələbi də budur ki, İsrail dövləti 1967-ci ildə altı günlük müharibədən əvvəlki sərhədlərə geri dönsün və Fələstin dövləti yaradılsın. Bununla bağlı BMT-nin 1947-ci il qərarı var. Həmin qərara əsasən, bu torpaqların 50 faizindən bir qədər az hissəsində ərəb dövləti, 50 faizdən bir qədər çox hissəsində İsrail dövləti yaradılmalı idi. Tarixdəki bir sıra hadisələr səbəbindən İsrail dövləti yaradılsa da, ərəb dövləti yaradıla bilmədi. Burada, təbii ki, ərəblərin tədbirsizliyi, siyasi cəhətdən laqeydlik, vəziyyəti düzgün qiymətləndirməmələri, həmçinin ərəb dövlətlərinin sözügedən problemə öz maraqları nöqteyi-nəzərindən yanaşması ərəb dövlətinin yaradıla bilməməsinin əsas səbəblərindən hesab edilə bilər".

Ekspert qeyd edib ki, hazırkı şərtlərdə burada müdafiə zolağının yaradılması mümkün deyil:

"İki ölkə arasında sərhədlər çox qarışıqdır. Bunun üçün İsrail 1967-ci il sərhədlərinə geri dönməlidir. Hansı ki, BMT-nin bununla bağlı qərarı var. İsrailin ən böyük siyasi dəstəkçilərindən olsa da, bu tezisi ABŞ da dəstəkləyir. Lakin İsrail bu məsələdə güzəştə getmək istəmir".

K.Rövşənoğlu vurğulayıb ki, problemin köklü həlli üçün hər iki tərəf güzəştə getməyə hazır olmalıdır:

"Məsələn, Fələstində əksəriyyət İsraili işğalçı hesab edir və ərazi iddiaları irəli sürür. İsrail tərəfi isə bəyan edir ki, bura bizim tarixi torpaqlarımızdır və burada ərəb dövləti olmasın, necə ki, yoxdur.

Fikrimcə, hər iki tərəf kompromisə getməlidir və dünyanın da tələbi budur. Bu, BMT-nin yaranmasından bu günə kimi davam edən problemdir və hələ də öz həllini tapa bilmir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 930   Tarix: 08 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

BMT Qəzza sakinlərinə ərzaq yardımını dayandıracaq

Böhran və münaqişələrdən əziyyət çəkən insanlara ərzaq yardımı göstərən BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə çatışmazlığı səbəbindən Qəzza zolağındakı əməliyyatlarını təxminən üçdə bir azaldacaq. xəbər verir ki, sənəddə bildirilir ki, təxminən 500.00 insan bu cür yardımdan məhrum olacaq. 2025-c

19 oktyabr
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19 oktyabr
.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

18 oktyabr
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Netanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin

19 oktyabr
.

Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe

18 oktyabr
.

Rusiyanın Kiyevə hücumu nəticəsində qadın həlak oldu

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, üç nəfər yaralanıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində paytaxtın sol sahilində yerləşən metro stansiyasına

19 oktyabr
.

Rus ordusu Omelniki işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Omelnik yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

19 oktyabr