Rusiyanın əmək bazarında miqrantlar: Sayımız azalıb, yoxsa artıb? - AÇIQLAMA + FOTO

Rusiyanın əmək bazarında miqrantlar: Sayımız azalıb, yoxsa artıb? - AÇIQLAMA + FOTOÖtən il Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər ölkədən çıxarılmasını tələb etmişdi. Belə olmayacağı təqdirdə həmin şəxslərin ölkədən qovulacağı belə, bildirilirdi. Yayılan statistikaya görə, həmin vaxt Rusiyada 120 min azərbaycanlı qeyri-qanuni yaşayırdı.

Cari ilin ikinci rübündə Rusiyaya daxil olan əmək miqrantlarının sayı 3,12 milyon nəfər təşkil edib. Bu, son altı ildə rekord rüblük göstəricidir. Maraqlıdır, həmin göstəricinin təxminən neçə faizi azərbaycanlılardan ibarətdir? Ötənilki tələbdən sonra Rusiya əmək bazarında sayımız azalıb, yoxsa artıb?
Mövzu barədə Oxu.Az-a danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması"nın rəhbəri Azər Allahverənov bildirib ki, təqribən bir il əvvəl Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının ümumi sayı 600 min civarındaydı:

"Bu tələb təqribən 2021-ci ilin mart-aprel aylarında dilə gətirilmişdi. Onda Rusiya-Ukrayna münaqişəsi hazırkı səviyyədə deyildi. Rusiya çox maraqlıydı ki, ölkə ərazisində qeyri-qanuni yaşayan şəxslərlə bağlı məsələyə aydınlıq gətirilsin. Lakin bu tələb irəli sürülən zaman belə bir şərt də qoyuldu ki, çıxmaq istəməyənlər 15 iyunadək statuslarını leqallaşdırmalıdırlar. Yəni kim statusunu leqallaşdırsa, Rusiyada qala biləcəkdi, digərləri isə ölkəni tərk etməliydilər, üçüncü yol yox idi. Elə həmin ərəfədə çox sayda azərbaycanlı statuslarının leqallaşdırılması üzrə müəyyən addımlar atdılar, digərləri isə ölkəni tərk etdilər. Rusiya DİN-in açıqladığı rəqəmlərə görə, hazırda ölkədə 500 min civarında Azərbaycan vətəndaşı yaşayır. Yəni bir il ərzində 100 minə qədər azalma olub. Hələ 2022-ci ilin yanvar ayında bu göstərici təxminən 400 min idi".

Həmsöhbətimiz azalmanın səbəblərindən də söz açıb:

"Onlardan biri statusu leqallaşdırma tələbidir. Digər səbəb isə Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalar qoymağa başlaması oldu. Çünki həmin sanksiyalar nəticəsində müxtəlif sahələrdə emal prosesi dayandırıldı, çox sayda iş yeri bağlandı, böyük layihələrin icrası mümkün olmadı. Beləliklə, orada çalışan miqrantlarımız iş yerlərini itirdilər, Rusiyada qalmalarına ehtiyac olmadığı üçün ölkəni tərk etdilər".

Allahverənov bu gün 200 minə qədər azərbaycanlının Rusiyada əmək fəaliyyəti ilə məşğul olduğunu vurğulayıb:

"Ticarət sahəsində Rusiyada əmək fəaliyyəti ilə məşğul olanlar haqqında müxtəlif rəqəmlər səsləndirilir. Təxminən 200 minə qədər azərbaycanlının orada əmək fəaliyyəti ilə məşğul olduğu bildirilir. Onun 140 minə qədəri əmək patenti əsasında fəaliyyət göstərir. Onlar əsasən ticarətlə məşğul olsalar da, tikinti, kənd təsərrüfatı, elm və təhsil sahəsində çalışan vətəndaşlarımız da var.

Fikrimcə, bu gün Rusiya ərazisinə daxil olanlar əmək miqrantları deyil, daha çox Rusiya-Ukrayna müharibəsi nəticəsində hərbi əməliyyatların getdiyi ərazilərdən Rusiya ərazisinə hərəkət edən şəxslərdir. Onlar Rusiya ərazisinə daxil olduqda ilk olaraq qaçqın statusu üçün müraciət edirlər, Rusiya isə qaçqın statusu vermədiyinə görə onlar əmək miqrantı kimi identifikasiya olunurlar. 3,12 milyon nəfərlik say bilavasitə bununla bağlı ola bilər. Bu statistik göstəricidə azərbaycanlıların sayı çox cüzidir"./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 916   Tarix: 10 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını

18 oktyabr
.

Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

18 oktyabr
.

BMT Qəzza sakinlərinə ərzaq yardımını dayandıracaq

Böhran və münaqişələrdən əziyyət çəkən insanlara ərzaq yardımı göstərən BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə çatışmazlığı səbəbindən Qəzza zolağındakı əməliyyatlarını təxminən üçdə bir azaldacaq. xəbər verir ki, sənəddə bildirilir ki, təxminən 500.00 insan bu cür yardımdan məhrum olacaq. 2025-c

19 oktyabr
.

Reuters: "Trampın seçkilərdə mövqeyinin zəifləməsi ABŞ-ın müttəfiqlərinə yeni imkanlar yarada bilər"

ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərdən sonra Konqresdə qüvvələr nisbətinin dəyişməsi Donald Tramp administrasiyasının xarici siyasətinə təsir göstərə bilər. Reuters-ə istinadən xəbər verir ki, Avropa ölkələri, Kanada və Şərqi Asiyadakı ABŞ müttəfiqləri Ukraynanın müdafiəsi, NATO, ticarət münasibətlər

19 oktyabr
.

Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır

Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib. "Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərb

18 oktyabr
.

Rus ordusu Omelniki işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Omelnik yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

19 oktyabr
.

Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir

18 oktyabr
.

Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama

"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış

18 oktyabr
.

Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb

Liviyanın Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyinin azı 9 əməkdaşı paytaxt Tripolidən qərbdə yerləşən Zaviyyə şəhərində təlimlər zamanı minaatandan atılan atəş nəticəsində ölüb, bir neçə nəfər yaralanıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə baza

19 oktyabr