Olmayan nizamnamənin fəsadları: "Məktəb direktorları olanları kabinetdən izləməməlidirlər" - FOTO
"Məktəb direktorları yalnız kabinetdə oturub, olanları izləməməlidirlər. Onlar davamlı şəkildə həm müəllim, həm şagird, həm də valideynlərlə əlaqədə olmalıdırlar".
Bunu məktəb, şagird və müəllim münasibətləri ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
Xatırladaq ki, ötən tədris ilində məktəblərdə qalmaqallar səngimək bilmirdi. Hər gün bununla bağlı müxtəlif videoların şahidi olurduq. Müəllimlərin şagirdləri döyməsi, şagirdlərin müəllimə qarşı etikadan kənar hərəkətləri, valideynlərin müəllimlərlə mübahisəsinin şahidi olurduq.
Məktəblərin açılmasına təxminən bir ay qalıb. Bu kimi məsələlərin tənzimlənməsi ilə bağlı suallar var.
Ötən ildəki hadisələrin daha betərlərini görməyə hazırlaşaq? Məktəb rəhbərliyi və müəllimlər insidentlərdən hansı nəticələri çıxarıblar?
Deputatın sözlərinə görə, məktəblərin fəaliyyətinə ciddi nəzarət edilməlidir:
"Müəllimlər şagirdlərlə rəftara diqqət etməlidirlər. Müəllim - müəllimdir. Çünki ziyalıdır, öyrədəndir. O hər səviyyədə, düşüncədə olan şagirdlə işləməyi bacarmalıdır. Ola bilər ki, hansısa şagirdin tərbiyəsində problem var və ya şagird özünü apara bilmir. Bu o demək deyil ki, müəllim də ona eyni münasibət bəsləməlidir. Müəllim bilməlidir ki, artıq uşağı cəzalandırmaq effektiv deyil".
C.Məmmədov qeyd edib ki, valideynlər çalışmalıdırlar ki, məktəbə həddən artıq müdaxilə etməsinlər:
"Müəllim səhv edibsə, valideyn məktəbə hücum edərək, müəllimlə öz arasında həll etməyə çalışmalı deyil. Bu, müasir qanunvericiliyə uyğun olaraq məktəb rəhbərliyi, mərkəzi icra hakimiyyəti səviyyəsinə qaldırılmalıdır ki, problem həll olunsun.
Əgər məktəbdə hər hansı anlaşılmazlıq varsa, ciddi qanun pozuntusu yoxdursa, burada valideynlər uşağın tərəfini saxlamalı deyillər. İndi təəssüf ki, bəzi valideynlər uşaqlarına inanırlar, müəllimə yox. Müəllimlər də uşaqla dil tapmalıdırlar".
Təhsil eksperti Elşən Qafarov isə əlavə edib ki, orta məktəblərdə fərdi nizamnamələr yoxdur:
"Tədris ilində ən böyük problem məktəbli formaları ilə başlayır. Bu il yeni məktəbli formalarının olması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Elm və Təhsil naziri brinfinqdə dedi ki, "məktəb direktoru şagirddən məktəbli forması tələb edə bilməz". Forma sosial bərabərliyin gözlənilməsidir. İnanıram ki, əvvəlki illər qədər neqativ hallar olmayacaq.
İstənilən halda məktəbdə təhsil məsələlərinin tənzimlənməsi məktəbin nizamnaməsi ilə olmalıdır. Çox təəssüf ki, orta məktəblərdə fərdi nizamnamələr yoxdur. Bütün münasibətlər nizamnamədə öz əksini tapmalıdır".
E.Qafarov qeyd edib ki, yeni tədris ilində dərslər tam əyani formada olacaq:
"Pandemiya heç kimin arzulamadığı vəziyyətdir. Tədris ənənəvi şəkildə davam edəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 889 Tarix: 10 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka
19 oktyabrBu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO
UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki
17 oktyabrXudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər
18 oktyabrOğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs
19 oktyabrAzərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi
18 oktyabrPrezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu
19 oktyabrYasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19 oktyabrNazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
18 oktyabr