Bəzənməyin qadağan olunduğu ölkədə qadınlar necə yaşayır? - FOTO

Bəzənməyin qadağan olunduğu ölkədə qadınlar necə yaşayır? - FOTOTürkmənistan dünyanın ən qapalı ölkələrindən biridir. Britaniyanın azadlıq indeksinə görə, Türkmənistan Şimali Koreya və Eritreyadan sonra aşağıdan üçüncü yerdədir.

Publika.az oxucuları Türkmənistanda qadınlara qoyulan qadağalarla tanış edir.

2022-ci ilin aprelində ölkəni qadınlara qoyulan qadağalarının növbəti dalğası bürüdü. Qadınlara kirpiklərini uzatmaq, botoks vurmaq, dodaqları böyütmək, qaş permanenti etmək kimi gözəllik prosedurları qadağan olundu. Bununla belə, məhdudiyyətlər təkcə gözəlliklə bağlı deyil, hətta qızlara avtomobilin ön oturacağında oturmağa da icazə verilmir. Lakin sadaladığımız bütün bu ağlagəlməz qərarlar bir gecədə verilməyib, bu, ölkədə 1990-cı illərdən ardıcıl olaraq həyata keçirilən ayrıseçkilik siyasətinin davamıdır.

SSRİ dağıldıqdan sonra 2006-cı ilə qədər uzun illər ölkəyə rəhbərlik edən Saparmurad Niyazov teleaparıcılara makiyajdan çox istifadə etməməyi tövsiyə etmişdi. Tələbələrdən və ictimai xidmət işçilərindən milli geyimdə olmaları tələb olunurdu. Orta məktəbin qız şagirdləri saçlarını hörməli və ənənəvi baş geyimləri taxmalı idilər. 2006-cı ildə Türkmənbaşı vəfat etdikdən sonra prezident səlahiyyətlərini Qurbanqulu Berdiməhəmmədov icra etməyə başladı. Təəssüf ki, qadınların vəziyyəti daha da pisləşdi. 2018-ci ildə dövlət müəssisələrində çalışanlara saçlarını açıq tonlara boyamaq qadağan edildi. Bundan sonra saç ağardıcı və açıq rəngli boyaların idxalı dayandırıldı. Maşını sürən qadınlar yollarda saxlanılaraq cərimələndilər. Daha sonra polis əməkdaşları türkmən qadınlarının sürücülük hüquqlarını əlindən almağa, maşınlarını isə cərimə meydançasına göndərməyə başladı.

2022-ci ilin martında ölkənin əvvəlki liderinin oğlu Serdar Berdiməhəmmədov Türkmənistanın yeni prezidenti seçildi. O zaman sakinlər ümid edirdi ki, 40 yaşlı siyasətçinin atasından qat-qat mütərəqqi yol seçəcəcək. Ancaq qadağalar, əksinə, daha da gücləndi. Dövlət qurumları şalvar geyinən qadınlara xidmət göstərməkdən imtina etməyə başladılar. Milli geyimlər və baş örtükləri dövlət korporasiyasının əməkdaşları üçün məcburi geyim koduna çevrildi. Məktəblər və universitetlərdə isə "təbii" gözəlliyi təbliğ edən xüsusi mühazirələr keçirildi. İddia olundu ki, kosmetik vasitələr və uzun dırnaqlar zərərlidir.

"Azatlyk" radiosunun məlumatına görə, son aylarda onlarla qadın yeni qaydaları pozduğuna görə işini itirib və ya cərimə ödəməli olub. Xüsusilə söhbət qaş permanenti və dodaqlarını gel və dolğu etdirdiyi üçün işdən qovulan stüardessalardan gedir. Hadisə şahidlərinin sözlərinə görə, polislər ictimai yerlərdə reydlər keçirərək süni kirpik taxan və dırnaq uzadan qadınları saxlayıb cərimələyir. Bəzənib-düzənən xanımlar 140 dollar dəyərində cərimələnir, bu isə Türkmənistanda orta əmək haqqının təxminən üçdə biridir. Gözəllik salonlarının sahiblərinə xəbərdarlıq edilib ki, qadağan olunmuş xidmətlərə görə cərimə və üstəlik, onları 15 sutka həbs gözləyir.
Maraqlıdır ki, bütün bu məhdudiyyətlər hüquqi qüvvəyə malik deyil. Bir qayda olaraq, bunlar rəhbərliyin şifahi göstərişləridir, türkmən qadınları onları reydlər zamanı öyrənir. Bununla bağlı heç kim heç bir dövlət fərmanı görməyib, çünki heç yerdə dərc olunmayıb. Deməli, dövlətin irəli sürdüyü qadağalar heç bir şəkildə tənzimlənmir. Yerli deputatlardan biri yalnız bir dəfə botoks və digər "gözəllik iynələri" qadağasından danışıb. O da bu cür prosedurlar qadınların sağlamlığına zərərli olduğunu deməklə kifayətlənib. Bununla belə, dərmanın ölkəyə tədarükü dayanmayıb və çətin ki, biznes tamamilə bağlansın. Birincisi, bir çox usta evdə işləməyə keçib, lakin bu, yenə də risklidir. Polis hər an gələ bilər. Odur ki, ustalar xoşagəlməz halların qarşısını almaq üçün yalnız etibarlı müştərilərlə işləməyə çalışırlar. Ancaq başa düşmək lazımdır ki, belə şəraitdə heç kim göstərilən xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşımır. Son aylarda xanımların çoxu uğursuz prosedurların əziyyətini çəkir.

İkincisi, MTN-in yüksək rütbəli məmurlarına məxsus bəzi klinikalarda "qara siyahı"dakı xidmətlər hələ də göstərilir. Fakt budur ki, gözəllik sənayesi çox gəlirli bir sahədir.

Bir qrup türkmən qadınları onu da qeyd edirlər ki, onlar adi gözəllik prosedurlarını hələ də edirlər və heç bir çətinliklə üzləşmirlər. Bu, qadağaların pərdə arxasında tətbiq edilməsi və zaman keçdikcə polis əməkdaşlarının belə gücləndirilmiş nəzarəti dayandırması ilə bağlı ola bilər. Lakin bu, hakimiyyətin geri çəkildiyi anlamına gəlmir. İstənilən anda məhdudiyyətlər dalğası yeni güclə işə düşə bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 963   Tarix: 10 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pezeşkian 30 milyon könüllüdən kömək istəyib

İran Prezidenti Məsud Pezeşkian 30 milyon könüllüdən kömək istəyib. "Report" xəbər verir ki, bununla bağlı SNNTV məlumat yayıb. "30 milyon könüllü, lütfən, enerji istehlakının idarə olunmasında bizə kömək edin, sənaye üçün elektrik və qazı kəsmək olmaz", - Pezeşkian bildirib və əlav

26 aprel
.

Arktikanın əbədi buzlaqlarında 158 karatdan böyük nadir almaz tapıldı

Kanada Arktikasının donmuş torpaqlarında 158,20 karat çəkisinə malik emal olunmamış sarı almaz aşkar edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "DailyGalaxy" məlumat yayıb. Mütəxəssislərin bildirdiyinə görə, daş təxminən 2 milyard il əvvəl formalaşıb və Kanadada indiyədək tapılmış ən böyü

28 aprel
.

Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?

ABŞ-nin "Amerika Milli Elmlər Akademiyasının materialları" elmi jurnalı Azərbaycanın Goranboy rayonundakı çoxtəbəqəli Qaraçinar yaşayış yerindən tapılmış maddi-mədəniyyət nümunələrinin müxtəlif çeşidli analizlərinin gözlənilməz nəticələrinə həsr olunmuş elmi məqaləni dərc edib. Məqalənin həmmüəlliflərində

27 aprel
.

Gürcüstan DTX-nin keçmiş əməkdaşı məxfi məlumatların sızdırılması ittihamı ilə saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş əməkdaşı məxfi məlumatların sızdırılması ittihamı ilə saxlanılıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə DTX-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, saxlanılan şəxs əvvəllər hazırda Gürcüstan Daxili İşlər Nazirliyind

26 aprel
.

Çernobılın ən məşhur qalığı: "Ölüm pəncəsi" toxunanı həqiqətən öldürürmü?

Çernobıl nüvə fəlakətindən sonra Pripyat şəhəri yaxınlığında qalan radioaktiv dağıntılar onilliklər ərzində səssiz açıq hava muzeyinə çevrilib. Bu ərazidəki ən diqqətçəkən obyektlərdən biri isə paslanmış nəhəng quruluşu ilə "Ölüm pəncəsi" adlandırılan vinç ekskavatorudur. Qaynarinfo xəbər veri

28 aprel
.

Ölümcül ov: Milyonçunu fillər tapdalayıb öldürdü

Qabonda 75 yaşlı amerikalı milyonçu və ovçu Erni Dozio faciəvi şəkildə ölüb. -ın xarici mediaya istinadən məlumatına görə, Kaliforniyada şərab zavoduna sahib olması ilə tanınan milyonçu peşəkar bələdçi ilə Afrika meşəsində təxminən 40.00 dollara başa gələn bahalı ov safarisində iştirak edib. Onları

26 aprel
.

SEPAH: İran Ordusu ABŞ və İsrailin istənilən hücumuna hazırdır

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə xəbərdarlıq edib. "Report" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb. "ABŞ və İsrail hərbçiləri İrana hər hansı yeni müdaxilə edərsə, şübhəsiz ki, gözləntiləri üstələyən cavabla qarşılaşaca

26 aprel
.

Günəşdə iki güclü partlayış qeydə alınıb

Aprelin 25-də Günəşdə iki M sinifli güclü partlayış baş verib. xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan bildiriblər. Birinci partlayış Moskva vaxtı ilə 10:59-da (Bakı vaxtı ilə 11:59) 4423-cü günəş ləkələri qrupunda qeydə alınıb və 7 dəqiqə davam edib. İkinci partlayı

26 aprel
.

Ukraynalı boksçu Aleksandr Usik peşəkar karyerasını başa vurmasından danışıb

Ukraynalı boksçu Aleksandr Usik peşəkar karyerasını tezliklə başa vuracağını bəyan edib. "Boxing News"a istinadən xəbər verir ki, idmançı artıq konkret tarix müəyyənləşdirib. "Getməzdən əvvəl karyeramın hər anından həzz alıram. Üç gün əvvəl düşündüm ki, məhz bu tarixdə karyeramı bitirəcəyəm

26 aprel