Rusiya BMT TŞ-nin iclasını çağırıb
Rusiya işğal etdiyi Zaporojye Atom Elektrik Stansiyasının (AES) Ukrayna tərəfindən atəşə tutulması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyir.
"Report" xəbər verir ki, bu barədə TASS Rusiyanın BMT-dəki daimi nümayəndəliyindəki mənbəsinə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, Rusiya həmçinin bu iclasın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin iştirakı keçirilməsini istəyib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski informasiyanı təsdiqləyib.
Qeyd edək ki, Zaporojye AES Ukraynanın Enerqodar şəhərində yerləşir, quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Ukraynada müharibənin başlamasından 4 gün sonra - fevralın 28-də Rusiya Müdafiə Nazirliyi Zaporojye AES-in ələ keçirildiyini açıqlayıb. Buna baxmayaraq, stansiyanın rəhbərliyi Ukrayna operatorlarında qalır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1250 Tarix: 10 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əraqçi: ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı aydın deyil
ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı hələ aydın deyil. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan səfərindən sonra "X" sosial şəbəkə hesabında yazıb. Əraqçinin sözlərinə görə, İslamabadda Pakistanın Baş naziri Şahbaz Şəriflə İrana qarş
26 aprelİran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin hərəkətləri ilə münaqişənin diplomatik yolla həlli axtarışı ilə bağlı açıqlamaları arasında uyğunsuzluq olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb. Onun sözlərinə görə, Vaşinqton danışıqlara hazır olduğun
26 aprelABŞ İranın "kölgə donanması"na məxsus gəminin qarşısını kəsib
ABŞ Ərəbistan dənizində dəniz blokadasını yarmağa və enerji resurslarını daşımağa cəhd edən İranın "kölgə donanması"na məxsus gəmini saxlayıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, söhbət İran neftini və qaz məhsullarını xarici bazarlara daşıyan 19 gəmidən ibarət qrupa daxi
26 aprel