İlon Mask 6,9 milyard dollarlıq səhmlərini satır – . Səbəb isə..
Milyarder, iş adamı, "Tesla"nın icraçı direktoru İlon Mask şirkətdəki 6,9 milyard dollarlıq payını satıb.
Satış ötən həftə səhmdarların illik yığıncağından sonra həyata keçirilib. Mask "Twitter"in məhkəmə iddiası nəticəsində şirkəti satın almalı olacağı ehtimalına görə, bu pulun lazım olduğunu söyləyib.
Sözügedən satışlar avqustun 5, 8 və 9-da baş tutub.
"Twitter"də bir istifadəçinin "Satışları bitirmisiniz?" sualına "bəli" cavabını verən İlon sosial media platformasını almaq məcburiyyətində qalacağı təqdirdə səhmlərini təcili satmaqdansa, "Tesla"nın səhmlərini əvvəlcədən satmağa üstünlük verdiyini vurğulayıb. Başqa bir istifadəçinin sualını cavablandıran Mask "Twitter"i almaq məcburiyyətində qalmadığı təqdirdə "Tesla" səhmlərini yenidən ala biləcəyini deyib.
Xatırladaq ki, daha əvvəl "Twitter"i almaq istəyən Mask bundan imtina edəndən sonra şirkət tərəfindən məhkəməyə verilib.
Sfera.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 727 Tarix: 10 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əraqçi: ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı aydın deyil
ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı hələ aydın deyil. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan səfərindən sonra "X" sosial şəbəkə hesabında yazıb. Əraqçinin sözlərinə görə, İslamabadda Pakistanın Baş naziri Şahbaz Şəriflə İrana qarş
26 aprelİran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin hərəkətləri ilə münaqişənin diplomatik yolla həlli axtarışı ilə bağlı açıqlamaları arasında uyğunsuzluq olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb. Onun sözlərinə görə, Vaşinqton danışıqlara hazır olduğun
26 aprelABŞ İranın "kölgə donanması"na məxsus gəminin qarşısını kəsib
ABŞ Ərəbistan dənizində dəniz blokadasını yarmağa və enerji resurslarını daşımağa cəhd edən İranın "kölgə donanması"na məxsus gəmini saxlayıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, söhbət İran neftini və qaz məhsullarını xarici bazarlara daşıyan 19 gəmidən ibarət qrupa daxi
26 aprel