Sosial şəbəkələrdən istifadə edən daha iki hərbçi ordudan uzaqlaşdırıldı - FOTO

Sosial şəbəkələrdən istifadə edən daha iki hərbçi ordudan uzaqlaşdırıldı - FOTOAzərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.

Qeyd olunub ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.

Xatırladaq ki, bundan əvvəl də sosial şəbəkələrdə canlı yayım açan hərbçilər barəsində müvafiq tədbirlər həyata keçirilib.
Sosial şəbəkələrdən istifadə edən daha iki hərbçi ordudan uzaqlaşdırıldı - FOTOSosial şəbəkələrdən istifadə edən daha iki hərbçi ordudan uzaqlaşdırıldı - FOTOSosial şəbəkələrdən istifadə edən daha iki hərbçi ordudan uzaqlaşdırıldı - FOTOSosial şəbəkələrdən istifadə edən daha iki hərbçi ordudan uzaqlaşdırıldı - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 921   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda müğənni əməliyyatdan sonra öldü

Bakıda müğənni Arzu Şabanov vəfat edib. -a istinadən xəbər verir ki, o, bağırsağında aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Qeyd edək ki, onun 65 yaşı olub

5 may
.

Onlayn media üçün müsabiqə elan edildi

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir. "Qafqazinfo" xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmə

5 may
.

Sabahdan bəzi rayonlarda hava yağıntılı olacaq, külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi bölgələrində mayın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala

4 may
.

"Space"in yeni rəhbəri kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, "Space" televiziyasının baş direktor vəzifəsinə Ayaz Mustafayev təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində (XİN) başlayıb. O, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə

4 may
.

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dən ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib. Belə ki, rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyalarının is

5 may
.

Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı

Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb. "Yeni Sabah"a istinadla bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 2024-2026-cı illərdə həm kişilərin, həm də qadınların soyad seçim

5 may
.

Azərbaycanda istilik mövsümü uzadılır?

Yaz fəslinin ortaları olmasına baxmayaraq, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə yağışlı və küləkli günlərin davam etməsi əhali arasında istilik tələbatını yenidən aktuallaşdırıb. Bir çox mənzillərdə istilik cihazlarının hələ də istifadədə qalması mövcud vəziyyəti

4 may
.

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 08:45-də baş verən, 3.7 maqnitudalı yeraltı təkanların episentri 19 km dərinlikdə olub

5 may
.

Gəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı

Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub. "Unikal"a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Hətəmliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 29 yaşlı Samir Hətəmli saxlanılaraq istintaq

4 may