"Cross": Azərbaycanın "Qisas" əməliyyatı Ermənistanın təxribatına cavab oldu
Bolqarıstanın tanınmış xəbər agentliyi "Cross" Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından bəhs edib.
"Report" xəbər verir ki, agentlik avqustun əvvəlində Azərbaycanın Qarabağ bölgəsində Ermənistanla yenidən qısa, lakin qanlı toqquşmalar baş verdiyini vurğulayıb:
"Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, ordu ölkənin Laçın rayonu ərazisində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi yüksəkliyi qanunsuz erməni birləşmələrinin ələ keçirmək cəhdinin qarşısını alıb. Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat nəticəsində Azərbaycanın bir hərbçisi həlak olub. Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən "Qisas" əməliyyatı Ermənistanın qanunsuz silahlı birləşmələrinin ölkə ərazisində artan hərbi təxribatlarına və atəşkəs rejimini pozmasına cavab oldu".
"Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, respublika ərazisində baş verən insidentə görə bütün məsuliyyət hələ də öz qanunsuz silahlı birləşmələrini qonşu ölkənin ərazilərindən çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
Azərbaycan qəti şəkildə bildirib ki, Ermənistanın bu təxribatları Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli sazişlərin, habelə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların kobud şəkildə pozulmasıdır", - agentlik qeyd edib.
"Cross" vurğulayıb ki, həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla telefonla bu hadisələri müzakirə edib:
"Xarici işlər naziri Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarına cavab olaraq həyata keçirdiyi əməliyyatın ölkənin suveren ərazilərində baş verdiyini vurğulayaraq əlavə edib ki, regionda gərginliyin əsas səbəbi Ermənistan tərəfinin geri çəkilmək istəməməsidir".
Azərbaycan və Ermənistan Aİ-nin qonşu dövlətləridir və "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində onunla tərəfdaşlıq münasibətləri saxlayırlar.
"Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Diversifikasiya məqsədilə Azərbaycandan Avropaya, eləcə də Bolqarıstana ilk kommersiya qazı tədarükü 2020-ci il dekabrın 31-də həyata keçirilib", - agentlik sonda əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 702 Tarix: 12 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu
19 oktyabrHərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman
19 oktyabrAzərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli
17 oktyabrBu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş
Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli
18 oktyabrBu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO
UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki
17 oktyabrNazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
18 oktyabrBazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
17 oktyabr1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları
18 oktyabr