Avtomobil hansı halda cərimə meydançasına aparıla bilər, hansı halda yox? - AÇIQLAMA
Yol polisi əməkdaşları ilə sürücülər arasında mübahisələr tez-tez gündəmə gəlir. Sosial şəbəkələrdə paylaşılan mübahisəli məqamlardan biri isə nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması məsələsidir.
Vətəndaşlardan biri özünə aid nəqliyyat vasitəsinin bamperi olmadığı üçün cərimə meydançasına göndərildiyi, 25 gündür orada saxlanıldığı ilə bağlı məlumat paylaşıb.
Mübahisəli məqam isə vətəndaşın bunu qanunsuz, polisin qanuni adlandırmasıdır.
Ümumiyyətlə avtomobilin bamperi və digər hansı hissələri olmayanda idarə etmək olmaz? Bu məsələdə istisna hallar varmı? Yəni, avtomobil qanunla cərimə meydançasına hansı hallarda aparıla bilər, hansı hallarda yox?
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin (İXM) 96-cı maddəsində (Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi) müvafiq bəndlər göstərilib:
"Orada bir sıra hallar var – nəqliyyat vasitəsini etibarnaməsiz idarə edənlər, sürücülük hüququ olmayanlar, avtomobilə əlavə avadanlıqların qoşulması, istismar qaydalarının pozulması və s. Sözügedən məsələ də məhz avtomobilin istismar qaydalarının pozulması halına aiddir və qanunla həmin nəqliyyat vasitəsi cərimə meydançasına aparılır. Əgər istismar qaydalarının tamamlanması yerində aradan qaldırılırsa, cərimə meydançasına aparılmır. Artıq cərimə meydançasına aparılan nəqliyyat vasitəsi isə evakuatorla polis əməkdaşlarının iştirakı ilə emalatxanaya aparılır. Nəqliyyat vasitəsi tam istismar qaydalarına cavab verəcək formada düzəldildikdən sonra hərəkətinə icazə verilir. Yenidən nəqliyyat vasitəsi eyni halla aşkarlanarsa, eyni prosedur çərçivəsində cərimə meydançasına aparılır".
"Avtomobilin arxa və ön hissəsində birmənalı şəkildə bamper olmalıdır. Ən kiçik qəza anında bamperlər müəyyən mənada qoruyucu rol oynayır. Bu barədə məqamlar daha ətraflı "Yol hərəkəti haqqında" Qanunun 2 saylı əlavəsində göstərilib", - deyə A.Əsgərli qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1974 Tarix: 12 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu
19 oktyabrHərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman
19 oktyabrAzərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli
17 oktyabrBu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş
Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli
18 oktyabrBu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO
UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki
17 oktyabrNazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
18 oktyabrBazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
17 oktyabr1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları
18 oktyabr