Astarada narkotikin təsiri altında avtomobili idarə edən sürücü həbs olunub
Astarada narkotikin təsiri altında avtomobili idarə edən sürücü həbs olunub.
Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, avqustun 10-da Ələt-Astara yolunun 143-cü km-də Bakı şəhər sakini Ağamalıyev Sərxan Məmməd oğlunun idarə etdiyi "Toyota" markalı, 99-VH-493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stosionar postda nəzarət qaydasında saxlanılıb və sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən sürücü S.Ağamalıyevin narkotik maddə istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Ağamalıyev barəsində inzibati həbs tətbiq olunub və o, 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 838 Tarix: 13 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sürücü öldü, maşındakı badımcanlar kanala səpələndi - Video
Qusarın Samur qəsəbəsində (SDK yolu adlanan ərazi) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" "Shimal.News"a istinadən xəbər verir ki, Samur-Dəvəçi kanalının yaxınlığında "DAF" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 28 yaşlı sürüc
7 iyulMəşhur fenomen cütlük silahlı hücum nəticəsində yataqlarında öldürülüb
Kosta Rikanın La Kruz bölgəsində tanınmış sosial media fenomeni, 28 yaşlı Gabriela Sanarrusia Çavarria və 30 yaşlı sevgilisi Xorxe İsaak Agüero Korea yaşadıqları evdə silahlı hücumun qurbanı olublar. xarici mediaya istinadla xəbər verir ki, gecə saatlarında kimliyi hələ müəyyənləşdirilməyən silahlı şəxslə
8 iyulLisenziyası ləğv edilən plastik cərrah hovuzda ölü tapıldı
ABŞ-ın Kaliforniya ştatında keçmişdə estetik əməliyyatdan sonra bir pasiyentin ölümünə görə həkimlik lisenziyası ləğv edilən 71 yaşlı plastik cərrah Sarva Aldoori yaşadığı evin hovuzunda ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bakersfild şəhərində baş verib. Polis həkimin ölüm səbəbini
6 iyulZərdabda su arxında meyit tapılıb
Zərdab sakininin su arxından meyiti tapılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırm
5 iyulSürücüyə qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb - VİDEO
Türkiyənin İstanbul şəhərinin Sultanbəyli rayonunda yol hərəkəti zamanı mübahisə etdiyi sürücüyə qarşı nalayiq hərəkətlər edən M.K. polis əməkdaşları tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin sosial şəbəkələrdə yayılan görüntülərindən sonra araşdırmalara başlayan poli
7 iyul