İrəvanın "sehrli çubuğu" belə sındırıldı - Ter-Petrosyan 25 il öncə nə demişdi...

İrəvanın "sehrli çubuğu" belə sındırıldı - Ter-Petrosyan 25 il öncə nə demişdi...Ermənilər üçün "ulduz saatı" qayıtmayacaq; öz ayağına güllə atıb "zərərçəkmiş" kimi görünmək taktikası iflas olub, Paşinyan iqtidarı isə hələ də möcüzələrə inanır...

Sonxeber.az "Yeni Müsavat"a istinadən bildirir ki, Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə barışıb-barışmamaq məsələsini hələ də "götür-qoy" edir. Real sülh danışıqları əvəzinə imitasiya ilə məşğuldur. Guya bununla kimisə aldadır. Həqiqətdə isə yalnız özünü aldadır. Çünki 10 noyabr 2020-ci ildən sonra zaman birmənalı olaraq kapitulyant ölkəyə işləmir. Heç həmin ilin 27 sentyabrınadək də işləmirdi. Bunu anlasaydılır, işğal altındakı torpaqlarımızdan vaxtında rədd olub gedər, rüsvayçı şəkildə darmadağına və məğlubiyyətə tuş gəlməzdilər.

Amma artıq iş-işdən keçib. Azərbaycan "Dəmir yumruq" hesabına öz ərazi bütövlüyünü bərpa edib. Təcavüzkar tərəf kapitulyasiya aktını imzalamalı olub. Təəssüf ki, sənədin mürəkkəbi qurumamış, İrəvan köhnə, gülüş doğuran sərsəm tələblərə və şərtlərə qayıtmağa cəhd edir. Başından yekə iddialardan əl çəkmir. Növbəti "dəmir qapaz" üçün darıxır. Erməni xalqına isə bu dəqiqə "dəmir qapaz"lar yox, çörək, iş yerləri və sabitlik lazımdır...

*****

Bu arada məlum olub ki, 2022-ci ilin 1-ci yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistandan hava yolu ilə emiqrasiya 60% artıb. Bu haqda qonşu ölkənin rəsmi məlumatında deyilir.

Göründüyü kimi, Ukraynadakı müharibə, pandemiya belə ölkədən kütləvi köçü səngitməyib. Əksinə, emiqrasiya sürətlənib. Hər neçə olmasa, ermənilərin çoxu Rusiyaya getməyi üstün tutur. Özü də onlar əsasən əhalinin gənc və orta yaşlı, əmək qabiliyyətli təbəqəsini təmsil edir və bir qayda olaraq, ailəvi şəkildə, həmişəlik gedirlər. Bu isə onsuz da demoqrafik böhran yaşayan Ermənistanın simvolik dövlətçiliyinə əlavə təhdiddir. Çünki əhali yoxdursa, dövlət də yoxdur. Demoqrafik faktor milli təhlükəsizlik məsələsidir.

Qarabağda da analoji vəziyyət hökm sürür. Buradakı bir ovuc erməni əhali, xüsusən də gənclər heç bir perspektiv görmədikləri, üstəlik, müharibə riski qaldığı üçün ilk fürsətdəcə üçüncü ölkəyə çıxıb gedirlər - geridönməz şəkildə.
Mövcud ağır durumun müsbətə doğru dəyişməsinin birinci şərti əlbəttə ki, erməni əhalisində sabaha inam formalaşdırmaqdır. Söhbət ən əvvəl normal iş təminatı və təhlükəsiz yaşamla bağlı təminatdan gedir. Yəni yeni müharibə ehtimalı gündəmdən birdəfəlik çıxarılmalıdır. Bu isə təcili olaraq, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Qarabağ ermənilərinin vətəndaşlığımızı qəbul eləməsindən keçir.

Əks təqdirdə, nə Nikol Paşinyan və komandasının "demokratiya" nağılları, nə də "cənnət vədləri"nin faydası olacaq. Necə ki, yoxdur. Azad və ədalətli seçkilər də belə durumlarda çıxış yolu deyil, sayılmaz. Gerçək belədir ki, 44 günlük müharibədən sonra daha çox sayda erməni "ayaqları" ilə - ölkəni həmişəlik tərk eləməklə "səs" verməkdədirlər.

Əsas səbəbləri dedik. Nə qədər ki, rəsmi İrəvan Bakı ilə həqiqi və konstruktiv sülh danışıqlarına yox, ikili, üçlü oyunlara köklənəcək, vaxtı uzatmaq üçün gah Qərb, gah da Rusiya tərəfə boylanacaq, iki mühüm qonşu - Azərbaycan və Türkiyə ilə barışıqdan yayınacaq, o zamanadək də bunun altını ən çox erməni xalqı çəkəcək. Ənənəvi erməni hiyləsi və məkri artıq işə yaramır və yaramayacaq.

Üstəgəl, regional və qlobal şərtlər Bakı və Ankaranın xeyrinədir və uzun müddət belə qalacaq. Ermənistan üçün "ulduz saatı" çoxdan keçib. Odur ki, boş yerə öz ayağına "güllə" atıb özünü təzədən "zərərçəkmiş" kimi göstərmək taktikası daha kimsəyə maraqlı deyil.

*****

Qısası, İrəvanın "sehirli çubuğu" artıq sındırılıb. Ermənistan Azərbaycanın 44 günə yaratdığı yeni reallığı, təzə status-kvonu olduğu kimi qəbul eləmək zorundadır. Bunsuz doğru-düzgün çıxış yolunun tapılması mümkün olmayacaq. Demək, erməni cəmiyyətinin iztirabları bitməyəcək. Paşinyan iqtidarı isə əfsuslar olsun ki, hələ də möcüzəyə inanır.
Söz düşmüşkən, paradoks həm də ondadır ki, illərlə Azərbaycanı və Türkiyəni blokada rejimi yaratmaqda ittiham edib dünyaya car çəkən Ermənistan iki ildir özü blokadadan çıxmaq istəmir. Bu, bir daha rəsmi İrəvanın böyük sülhdə maraqlı olmadığını və hələ də bəzi güclərin əlində oyuncaq olmaq yolu ilə nəyəsə ümid bəslədiyini təsdiqləyir.

Bu yerdə ermənilərin barmaqla sayılacaq praqmatik siyasətçilərindən biri - sabiq prezident Levon Ter-Petrosyanın hələ 1997-ci ilə dediyi məşhur sözlər yada düşür. O vaxt prezident kürsüsünü tutan Ter-Petrosyan Azərbaycanla sülhün vacibliyindən danışaraq öz xalqını belə xəbərdar eləmişdi: "Biz sülhə getməliyik, əks halda, vaxt gələcək, indi bizə təklif olunanlar üçün yalvaracağıq, çünki Azərbaycan güclənəcək..."

O vaxt haram "hərbi qələbə"nin eyforiyasından göylərdə "süzən" erməni toplumu və onun radikal müxalifəti bunu dərhal "Böyük Ermənistan" ideyasına "xəyanət" elan eləmişdi. Qarabağ klanı, Köçəryan-Sərkisyan kriminal cütlüyü isə Levon Ter-Petosyanı qiyam yolu ilə hakimiyyətdən salmışdı. Sonrası məlumdur.

İndi eyni qələti Paşinyan və komandası edir. Çünki az sonra Bakı və Ankaranın hazırkı sülh və barışıq təklifi üçün, açılan daha bir şans üçün, ola bilsin axırıncı şans üçün İrəvan yalvarmalı olacaq. Ona görə ki, iki qardaş dövlət daha da güclənəcək. Ermənistan isə bir az da zəif və "izqoy" duruma, daha zəlil günə düşəcək.

Məgər kimsənin şübhəsi var ki, qonşu ölkə, ümumiyyətlə, Azərbaycan və Türkiyəsiz dirçələ bilməz? Kapitulyant ölkənin belə bir şansı yoxdur, olmayacaq! Olsaydı, 30 ildə olardı...


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1401   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rus ordusu Omelniki işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Omelnik yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

19 oktyabr
.

Fransa iğtişaşlarda dağıdılmış mağazaların sayını hesablayır

Fransa Ticarət və Sənaye Palatasının prezidenti Alen Di Kresenzo RTL radiosuna bildirib ki, həftəsonu Fransada baş verən iğtişaşlar zamanı 200-dən çox mağaza talan edilib və ya vandalizm hücumuna məruz qalıb. xəbər verir ki, TV5 Monde-nin Fransanın Baş naziri Sebastyan Le Kornelə istinadən verdiyi məlumat

19 oktyabr
.

Boşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı

Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb

18 oktyabr
.

Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi

Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy

19 oktyabr
.

Bu ölkədə millət vəkili qəsdən maşınla vuruldu

Viktoriya polisi və Avstraliya Baş naziri Entoni Albanese bildirib ki, müstəqil Avstraliya millət vəkili Helen Haynes Melburnun şimal-şərqindəki Vanqaratta şəhərindəki ofisinin qarşısında avtomobilin onun üzərinə qəsdən sürülməsi nəticəsində xəsarət alıb. xəbər verir ki, polisin məlumatına görə, hadisədə

19 oktyabr
.

Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır

Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib. "Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərb

18 oktyabr
.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

18 oktyabr
.

İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır

Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb

18 oktyabr
.

Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

18 oktyabr