Paşinyan icra edir, erməni silahlılar ÇIXARILIR

Paşinyan icra edir, erməni silahlılar ÇIXARILIRAzərbaycan Prezidentinin Qarabağ regionunda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazının olmayacağını vurğulaması, rəsmi İrəvanı artıq Ermənistanın taleyini düşünməyə məcbur buraxıb... Erməni toplumu "artsax xəyalları"nın bitməsi ilə artıq barışıb, ancaq indi daha çox Ermənistanın da tədricən rəsmi Bakı tərəfindən idarə olunma mərhələsinə keçməsindən ciddi şəkildə narahatdırlar...

Ermənistanda yenə də çaşqınlıq qarışıq pessimist əhval-ruhiyyə yaşanır. Çünki, Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə önəmli açıqlamalar verib. Və Azərbaycan liderinin açıqlamaları erməni toplumunun Cənubi Qafqazdakı gələcək taleyini müəyyən etməyə imkan verir.

Sonxeber.az musavat.com-a istinadən bildirir ki, ona görə də, hazırda Ermənistan cəmiyyətində və mətbuatında Azərbaycan Prezidentinin vurğuladığı önəmli məqamlar ciddi şəkildə müzakirə edilməkdədir. Çünki, Prezident İlham Əliyevin son açıqlamaları erməni toplumunun "artsax" ümidlərinin üzərindən birdəfəlik xətt çəkdi. Və erməni toplumu onların ənənəvi "xəyalları" ilə mövcud reallıqlar arasında olduqca ciddi fərqlərin olduğunu nəhayət ki, anlamağa başlayıb.

Məsələ ondadır ki, Prezident İlham Əliyev çox açıq şəkildə bildirib ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsinə münasibətdə "status" mövzusu daha unutmaq lazımdır. İndi Ermənistan cəmiyyətində də tam dəqiqliyi ilə bilirlər ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində hər hansı bir "status"dan, ümumiyyətlə, söhbət belə, getmir. Yəni, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi müzakirə edilir: "Mən demişəm ki, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm".

Ermənistan cəmiyyətini sarsıdan ən önəmli məqam isə Azərbaycan Prezidentinin Xankəndi və ətraf bölgə ilə bağlı mövzunun Ermənistana heç bir aidiyyatının olmaması barədə dedikləridir. Çünki, Azərbaycan lideri rəsmi İrəvanın bütün cəhdlərinə baxmayaraq, bu mövzunun danışıqlar masasına gətirilməsinə imkan vermədiyini vurğulayıb: "Bu məsələnin Ermənistana nə dəxli var? Bu, bizim daxili işimizdir".

Təbii ki, Azərbaycan liderinin belə açıq və qətiyyətli danışması həm rəsmi İrəvanı, həm də bütövlükdə Ermənistan cəmiyyətini məyus edir. Çünki, "artsax xəyalları"nın artıq birdəfəlik bitdiyinə əmin olurlar. Çıxış yolunun qalmadığını anlayırlar. Bundan sonra Azərbaycan liderinin siyasi iradəsinə tabe olmaq məcburiyyətinin qaçılmaz olduğunu bilirlər. Hətta Ermənistanın da tədricən rəsmi Bakı tərəfindən idarə olunma mərhələsinə keçməsindən ciddi şəkildə narahatdırlar.

Məsələ ondadır ki, Ermənistan cəmiyyətində artıq Azərbaycan Prezidentinin dediklərinə riayət olunmasının qaçılmazlığı ilə barışmaq üzrədirlər. Erməni toplumu artıq əmindir ki, Azərbaycan Prezidenti dediklərini tam şəkildə reallaşdırmaq qabiliyyətinə və vərdişlərinə sahibdir. Yəni, əgər, Prezident İlham Əliyev hər hansı məsələ barədə qərar veribsə, deməli, mütləq reallaşdırılacaq. Nə Ermənistanın, nə də ermənilərin ənənəvi beynəlxalq himayədarlarının mövqeyi heç bir əhəmiyyət daşımır.

Əslində, Prezident İlham Əliyev özü də bunun məhz belə olduğunu açıq şəkildə vurğulayıb. Əsas örnək kimi isə bir müddət öncə reallaşdırılmış "Qisas" əməliyyatını göstərib: "Ermənistan bir daha gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi... Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi də bunu göstərib. Əminəm ki, Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, hərdən bunu unudurlar. Ona görə də belə faciəvi hadisələr baş verir".

Ona görə də, Ermənistan cəmiyyətinin Azərbaycan Prezidenti tərəfindən müəyyən olunan "yol xəritəsi" ilə barışmaqdan başqa çarəsi qalmayıb. Azərbaycan lideri Xankəndi və ətraf bölgədə yaşayan erməniləri gözləyən gələcəyi də indidən anons edib. Dövlət başçısı bildirib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı olmayacaq.

Yəni, bu bölgədə yaşayan ermənilər də Azərbaycanın digər vətəndaşlarının sahib olduqları hüquqlarla kifayətlənməli olacaqlar. Yəni, Azərbaycan Konstitusiyası ölkə vətəndaşları üçün heç kim üçün hər hansı ayrıcalıq nəzərdə tutmur. Və əsas məsələ kimin nə istəməsi deyil, Azərbaycan Konstitusiyasının nə verməsidir.

Təbii ki, rəsmi Bakı bu önəmli hüquqi prinsipləri bundan sonra da ön planda saxlamağa üstünlük verəcək. Rəsmi Bakının prinsipiallığı isə Ermənistanı Azərbaycanın geopolitik iradəsi ilə barışmaq məcburiyyətində buraxır. Və artıq qətiyyən şübhə doğurmur ki, rəsmi İrəvan Azərbaycanın bütün tələb və şərtlərini yerinə yetirməli olacaq.

Ona görə də, yaxın həftələrdə baş verəcək yeni prosesləri təxmin etmək artıq o qədər də çətin deyil. Laçın dəhlizinin yaxın vaxtlarda həmişəlik qapadılacağı qətiyyən şübhə doğurmur. Onun əvəzinə Azərbaycanın artıq inşa etdiyi alternativ yol işə salınacaq. Laçın şəhəri və dəhliz üzərində olan yaşayış məntəqələri Azərbaycana təhvil veriləcək.

Təbii ki, bütün bunlar "Qisas" antiterror əməliyyatının real nəticələri sırasına daxildir. Ən əsası isə Azərbaycanın Qarabağ regionunda olan Ermənistanın silahlı birləşmələri ərazisindən çıxarılacaq, erməni separatçıların silahlı terror dəstələri isə tərksilah olunacaq. Və Azərbaycan Prezidenti bu prosesin artıq başlandığını da bildirdi.

Məsələ ondadır ki, Prezident İlham Əliyev "Qisas" əməliyyatından sonra yüzlərlə erməni hərbçisinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarıldığını vurğulayıb: "Bu, onu göstərir ki, belə əməliyyatların təsiri var. Ancaq buna gətirib, çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı təhlil edib, düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı".

Göründüyü kimi, rəsmi Bakının mövqeyi prinsipialdır. Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirməlidir. Əks halda, növbəti hərbi əməliyyatlara başlanılacaq. Azərbaycan Prezidenti hətta rəsmi İrəvan üçün Ermənistanın reallaşdırmalı olduğu "yol xəritəsi"ni də müəyyən edib. Müşahidələr isə Ermənistan baş naziri Nikol Paşinyanın həmin "yol xəritəsi"nin icrasına başladığını göstərir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2262   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib

Sakit okeanda El-Ninyo iqlim hadisəsi ilə əlaqədar suyun temperaturunun anomal yüksəlməsi ABŞ-ın Kaliforniya ştatının sahillərində nadir tropik balıqların, köpəkbalıqlarının və dəniz ilanlarının görünməsinə səbəb olub. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu il El-Ninyo hadisəsini

18 oktyabr
.

İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib

İraqın Baş naziri Əli əz-Zeydi region ölkələrinin enerji, nəqliyyat və kommunikasiya şəbəkələrinin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. "Report" İNA agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu təklifi Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasını

18 oktyabr
.

Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe

18 oktyabr
.

Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç

19 oktyabr
.

Netanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin

19 oktyabr
.

BBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb

BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ

19 oktyabr
.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

18 oktyabr
.

Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

18 oktyabr
.

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını

18 oktyabr