Macarıstanda növbəti ümumtürk qurultayının açılışı keçirildi - FOTO
Macarıstanda Kişkunşaq milli parkının ərazisində (Buqatsda) türk xalqlarının növbəti beynəlxalq Qurultayı keçirilib. Macarıstan çölünü qılınc səsləri, ox vıyıltısı, atların tappıltısı və çoban qamçılarının şaqqıltısı bürüyüb. Keçmişdə olduğu kimi, qədim musiqi aləti – şan-qopuzun və şaman dəflərinin səsi ətrafa yayılıb.
Publika.az xəbər verir ki, bu il Qurultayda ev sahibləri ilə yanaşı, Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstandan olan nümayəndə heyətləri də iştirak edib. Açılış mərasimində Macarıstan parlamentinin spikeri Laslo Köver, Türkiyənin sabiq Baş naziri və Böyük Millət Məclisinin sabiq spikeri Binəli Yıldırım, Azərbaycan Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Əzəmət Jamankulov və digər ali qonaqlar çıxış ediblər.
Beynəlxalq Qurultay festivalı iki ildə bir dəfə keçirilir. Qurultaya Avropanın hər yerindən turistlər gəlir. Bu il Qurultayın 14 yaşı tamam olur. Ötən illərdə olduğu kimi bu il də 100-dən çox alaçıqdan ibarət nəhəng, köçəri düşərgə salınıb. Bu böyük tədbirə teatrlaşdırılmış şou-proqramlar, musiqi tamaşaları, arxeoloji-antropoloji sərgilər, sənətkarların yarmarkası daxildir.
Avropanın mərkəzində yüzdən artıq alaçığı görmək həm çox maraqlı, həm də qeyri-adidir. Belə yarmarkalarda ənənəvi suvenirlər, eləcə də orta əsrlərə aid silah-sursat və yaraq-əsləhə almaq mümkündür.
Tədbirin keçirilməsindən əsas məqsəd türk dünyası təmsilçilərinin birləşməsi və onların milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsidir.
Qurultay "Turan-Macarıstan" fondunun təşkilati dəstəyi ilə keçirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 719 Tarix: 15 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vyetnamda daşqın və torpaq sürüşməsi: Ölənlər və itkin düşənlər var
Vyetnamın Laytyau əyalətində aramsız yağan yağışlar qəfil daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Nəticədə dörd nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb, daha dörd nəfər isə itkin düşmüş hesab olunur. xəbər verir ki, bu barədə Vyetnam mətbuatında yerli qurumlara istinadən məlumat yayılıb
18 iyulRusiyanın "kölgə donanması"na növbəti hücum: Daha 13 gəmi hədəfə alınıb
Ukrayna dronları iyulun 18-nə keçən gecə Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"na növbəti hücum edib. Bu dəfə daha 13 tanker vurulub. bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert (Madyar) Brovdinin "Telegram" kanalına istinadə
18 iyulTramp Meksika liderini futbola baxmağa dəvət etdi
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-li həmkarı Donald Trampın dəvəti əsasında futbol üzrə dünya çempionatının (DÇ-2026) həlledici qarşılaşmasını izləyəcək. xəbər verir ki, bu barədə "Milenio" qəzeti ölkə rəhbərinin açıqlamasına istinadən məlumat yayıb. "Bəli, bazar günü dünya çempionatını
18 iyulTürkiyədə FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 119 şübhəli saxlanılıb
Türkiyənin 30 vilayətdə FETÖ əməliyyatları çərçivəsində 119 şübhəli saxlanılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər sosial media hesabları vasitəsil
18 iyulMüctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması gələcəkdə mümkün ikitərəfli anlaşma memorandumlarına etimadı azaldır. "Report" xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib. "Hədə-qorxu Amerika doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərki
19 iyulİran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə
19 iyulRusiya ordusu Donetsk vilayətində iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi
Rusiya Silahlı Qüvvələri Slavyansk və Kramatorsk istiqamətində irəliləyərək Donetsk vilayətinin Piskunovka yaşayış məntəqəsini nəzarətə götürüb və Nikolayevka qəsəbəsinin kənarlarına çatıb. xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov bildirib
19 iyul