"İkinci Çernobıl" xofu - TƏHLİL

"İkinci Çernobıl" xofu - TƏHLİLZaporojye Atom Eelektrik Stansiyası ətrafında vəziyyət kəskin şəkildə gərginləşib. Stansiyanın həyətinə düşən 3 mərmi hidrogen istehsal edən müəssisəni sıradan çıxarıb. Ukraynanın cənubunda yerləşən stansiya ətrafında toqquşmaların şiddətlənməsi bəşəriyyəti böyük nüvə fəlakətilə üz-üzə qoyub.

Ukrayna ilə müharibədə uğursuzluqlar, müharibənin uzanması, canlı qüvvə sarıdan itkilər və beynəlxalq sanksiyalar Rusiyanı sərt və ağlasığmaz addımlar atmağa məcbur edir. Artıq bir neçə gündür ki, Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafında vəziyyətin kəskin şəkildə gərginləşməsi barədə xəbərlər yayılıb. Ölkənin cənubunda yerləşən stansiya ətrafında toqquşmaların şiddətlənməsi bəşəriyyəti böyük nüvə fəlakətinə gətirib çıxara bilər. Altı blokdan ibarət olan AES-də transformator mərkəzlərindən biri atəşə tutulub və nəticədə bir reaktor bölməsi sıradan çıxıb. Ekspertlər və mütəxəssislər xəbərdar edir – AES-in reaktorları qəsdən və ya təsadüfən vurularsa, 57 il öncə Xirosimaya atılan atom bombasından min dəfə güclü radiasiya effekti yaradan fəlakət baş verə bilər.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

Ruslar Ukraynanı, Kiyev Moskvanı günahlandırır

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, AES Ukrayna ordusu tərəfindən Dnepr çayının qarşı sahilindən artilleriya atəşinə tutulub. Bildirilib ki, atılan 20 mərmidən 3-ü elektrik stansiyasının ərazisinə düşüb və AES üçün hidrogen istehsal edən müəssisə yararsız hala gəlib. Ruslar iddia edir ki, Kiyev hakimiyyəti öz hərəkətlərində artıq "qırmızı xətti" keçib. Rusiya Xarici İşlər Nazirliyi Avropada baş verə biləcək nüvə fəlakətinə görə Ukrayna administrasiyasının məsuliyyət daşıyacağını bəyan edib.

Ukrayna administrasiyası isə AES-də baş verənlərə görə Rusiya tərəfini günahlandırır. Mart ayında rus əsgərləri tərəfindən zəbt edilən elektrik stansiyasından müharibədə qalxan kimi istifadə edildiyini deyən Zaparojye fövqəladə vəziyyət qubernatoru Aleksandr Staruh rusların atom elektrik stansiyasını hədəfə aldığını bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Rusiya AES ətrafında gərginliyi artıraraq bütün Avropa qitəsini və dünyanın yarısını təhlükə qarşısında qoyur. Hadisələrlə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) də məlumat verilib. Agentliyin baş direktoru Rafael Mariano Qrossi bildirib ki, vəziyyət nüvə fəlakətinin real riskindən xəbər verir. "Agentlik təcili olaraq elektrik stansiyasına baxış üçün müşahidə qrupu göndərməyə hazırlaşır" - Qrossi deyib.

Beynəlxalq təpgi

Dünyada nüvə fəlakətinə səbəb ola biləcək böhranların artdığını ifadə edən BMT-nin baş katibi Antonio Quterreş 1945-ci ildə ABŞ-ın Yaponiyanın Xirosima şəhərinə atom bombası atdığını, on minlərlə insanın bir anda həyatını itirdiyi xatırladaraq qeyd edib ki, dünya bu vəziyyətdən dərs çıxarmalıdır.

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell də AES ətrafında hərbi fəaliyyəti pislədiklərini bildirib: "Aİ Rusiyanın Zaporojye AES ətrafında hərbi fəaliyyətini pisləyir". O, nüvə təhlükəsizliyi qaydalarının ciddi və məsuliyyətsiz şəkildə pozulduğunu qeyd edib.

Xatırladaq ki, 6 nüvə reaktoru olan və ümumi elektrik enerjisi istehsal gücü 5700 meqavat-saat olan stansiya Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir.

"Stansiyanı ruslar atəşə tutub"- ABŞ eksperti

Öz növbəsində Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) da Rusiya hərbçilərinin özlərinin nəzarət etdikləri AES-i atəşə tutduqlarını bildirib. AES-in atəşə tutulmasının nəticələri ISW-nin bu məsələ ilə bağlı yeni bəyanatlarına dair xəbərlərdə də qeyd olunub. Onların müəlliflərinin qeyd etdiyi kimi, düşən mərmilər nəticəsində AES-in dördüncü bloku enerji sistemindən ayrılıb. Eyni zamanda, ISW icmalından belə çıxır ki, Rusiya hərbçiləri özləri nəzarət etdikləri stansiyaya zərbələr endiriblər. Bütün bunların fonunda Ukrayna prezidenti Vladimir Zelenski də videomüraciətində bütün məsuliyyəti bir daha Rusiya tərəfinin üzərinə qoyub. "Təəssüf ki, bizdə Zaporojye AES ətrafında vəziyyət xeyli gərginləşib. Biz dünyanın diqqətini buna yönəldəcəyik və belə bir qlobal təhlükə yaratdığına görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində israr edəcəyik", - deyə Zelenski bildirib.

Çernobıl və Fukusimadan da ağır qəza ola bilər

Bu arada Rusiya Federasiyasının Müdafiəyə Nəzarət üzrə Milli Mərkəzinin (NTSUO) rəhbəri Mixail Mizintsev bildirib ki, stansiyanın iki yüksək gərginlikli elektrik xəttinə artilleriya zərbələri nəticəsində hidrogen boru kəməri zədələnib. Zaporojye vilayətinin 10 mindən çox sakini işıqsız və susuz qalıb. Mizintsev bildirib ki, yalnız Rusiya Hava Hücumundan Müdafiə vasitələrinin effektiv hərəkətləri sayəsində AES-in kritik infrastrukturu zədələnməyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye AES-i qəsdən və müntəzəm olaraq atəşə tutur və bu, təkcə Ukraynanın deyil, həm də Avropanın nüvə təhlükəsizliyini təhdid edir. "Zaporojye AES-də qəza baş verərsə, radioaktiv çirklənmənin miqyası baxımından Çernobıl və Fukusima AES-lərində baş verən qəzaların nəticələrini xeyli üstələyəcək qlobal texnogen fəlakət baş verəcək"- deyə NCUO-nun rəhbəri vurğulayıb.

Eyni zamanda, "Vətən Arsenalı" jurnalının baş redaktoru Aleksey Leonkov "Ukrayna nümayəndələri iddia edirlər ki, Rusiya MAQATE müfəttişlərinin stansiyaya daxil olmasına icazə vermir. Halbuki onlar dəvət olunur - gəlsinlər və baxsınlar. Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələri atom elektrik stansiyasını aktiv şəkildə atəşə tutur, görünür, onu ikinci Çernobıla çevirmək riski var" – deyib.

Beləliklə, Ukraynada "ən ağır" mərhələnin başladığı şəksizdir. Nüvə stansiyası ətrafında gərginlik də bundan xəbər verir. Qərb mərkəzlərinin yeni kəşfiyyat məlumatlarına görə, Rusiya "Ukraynanın mümkün əks-hücumlarına" hazırlıq məqsədi ilə qoşunlarını "cənub istiqamətinə" yığır. Bundan əlavə, hər biri 800-1000 canlı qüvvədən ibarət olan batalyon taktiki qruplarının da Krıma cəmləşdirildiyi bildirilir. Britaniya hərbi kəşfiyyatı bu qüvvələrdən Xerson regionunda olan rus ordusuna dəstək məqsədi ilə istifadə ediləcəyi qənaətindədir. Ukrayna qüvvələri isə ölkənin cənubunda yerləşən strateji körpüləri, Rusiyaya məxsus sursat anbarlarını və dəmiryol xətlərini sıradan çıxarmağa fokuslanıb. Ukrayna bu yolla Rusiyanın cənubdakı qoşunlarına logistik dəstəyi kəsməyə çalışır./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1259   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ekvadorda canlı yayım zamanı üzərinə xaç aşan keşiş öldü - Anbaan görüntü

Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib. bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş

18 oktyabr
.

Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir

18 oktyabr
.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18 oktyabr
.

Marko Rubio Özbəkistana səfərə gedib

ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə

19 oktyabr
.

Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç

19 oktyabr
.

Bu ölkədə millət vəkili qəsdən maşınla vuruldu

Viktoriya polisi və Avstraliya Baş naziri Entoni Albanese bildirib ki, müstəqil Avstraliya millət vəkili Helen Haynes Melburnun şimal-şərqindəki Vanqaratta şəhərindəki ofisinin qarşısında avtomobilin onun üzərinə qəsdən sürülməsi nəticəsində xəsarət alıb. xəbər verir ki, polisin məlumatına görə, hadisədə

19 oktyabr
.

Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram

Böyük Britaniya və Şimali İrlandiyanın Bakıdakı səfiri Dunkan Norman Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, səfir təbriki "X" sosial şəbəkə hesabında paylaşıb. "Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasını

18 oktyabr
.

İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır

İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT

18 oktyabr
.

Bu ölkədə bir milyondan çox qadının adı eynidir

Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır

18 oktyabr