Bakıda atalığının dəfələrlə təcavüz etdiyi qız özünə qəsd etmək istədi - Tükürpədici olayın TƏFƏRRÜATI

Bakıda atalığının dəfələrlə təcavüz etdiyi qız özünə qəsd etmək istədi - Tükürpədici olayın TƏFƏRRÜATIBakının Xəzər rayonunda 1985-ci il təvəllüdlü Lətif Aslanov (adlar şərtidir - red.) ögey qızı Aysuya qarşı seksual hərəkətlər edib.

Son Bizim.Media-ya istinadən bildirir ki, hadisə 2021-ci ilin iyul və avqust aylarında baş verib.

İttihama görə, Lətif iyul ayının əvvəllərində təxminən saat 19 radələrində Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən Zirə çimərliyində 2005-ci il təvəllüdlü Aysunu dənizdə üzmək adı ilə aldadaraq, ona qarşı seksual hərəkətlər edib.

Bundan başqa, Lətif Zirə çimərliyində iyulun 10-da və iyulun sonlarında yenə də Aysuya dənizdə üzməyi öyrətmək adı ilə seksual hərəkətlər edib.

Lətif ogey qızına qarşı daha bir əməlini həmin ilin avqustun 2-də törədib. O, həmin gün saat 18 radələrində yaşadığı evin yataq otağında Aysuya qarşı seksual hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Lətifin barəsində Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Hüseyn Hüseynlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasında prokuror vəsatətlə çıxış edib.

Prokuror bildirib ki, Lətifin barəsində Cinayət Məcəlləsinin 153.3-cü (Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər törətməsi) maddəsinin əlamətləri müəyyən olunub.

Prokuror Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Prokuror vəsatəti onunla əsaslandırıb ki, zərərçəkmiş Aysu təqsirləndirilən şəxsi öz doğma atası kimi qəbul edib:

"Təqsirləndirilən şəxsin zərərçəkmişə qarşı çimərlikdə etdiyi hərəkətlərin mahiyyətini tam dərk etmədiyi üçün onun pis fikirdə olmasını düşünmədiyini göstərib. Sonuncu dəfə evdə olan zaman atalığının ona qarşı etdiyi hərəkətləri anladığı üçün ona qarşı sərt mövqe bildirib və bıçaqla özünə qəsd etmək istəyib".

Bundan başqa, ifadələrlə müəyyən olunub ki, Aysu atalığı tərəfindən 9 yaşından 11 yaşınadək olan müddət ərzində dəfələrlə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, bir dəfə təbii yolla cinsi əlaqədə olub.

Məlum olub ki, təqsirləndirilən şəxs onu hədələdiyi üçün qız qorxub və buna görə heç kimə bu barədə heç nə deməyib.

Məhkəmədə həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan anası da işin ibtidai istntaqa qaytarılması barədə vəsatət verib. Nümayəndə Lətifin barəsində Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə yanaşı həmin məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə də ittiham verilməsini istəyib.
Məhkəmə prokurorun vəsatətini təmin edib. Cinayət işi üzrə hazırkı icraata xitam verilib.

Cinayət işinin materialları təqsirləndirilən şəxsin başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1772   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs

19 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca

18 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Bakının bu rayonunda iki gün SU OLMAYACAQ

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl

19 oktyabr
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr