"Anti-korrupsiya" bu rayonlarda əməliyyat apardı - SAXLANILAN VAR

"Anti-korrupsiya" bu rayonlarda əməliyyat apardı - SAXLANILAN VARŞəmkir və Neftçalada vəzifəli şəxslər barəsində cinayət işi açılıb, bir nəfər həbs edilib.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərlə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi - "Acı arx" Sudan İstifadəedənlər Birliyinin İdarə heyətinin sədri Abbasov Elçin İsmayıl oğlunun 2021-2022-ci illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, eləcə də torpaq istifadəçilərinə suvarma üçün suyun verilməsini qismən həyata keçirib təsərrüfatlarına qəsdən ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən hallarla bağlı cinayət işi başlanmaqla toplanmış ilkin sübutlar əsasında Elçin Abbasova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, eyni xarakterli əməllərə görə torpaq istifadəçilərindən pul vəsaitinin alınması və təsərrüfatlara ziyan vurulması xüsusatları üzrə Neftçala rayon "Bərəkət", "Qaravəlli" və digər sudan istifadəedənlər birliklərinin, habelə Neftçala Suvarma Sistemləri idarəsinin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanılıb.

Hazırda hər iki cinayət işi üzrə təqsirləndirilən şəxslərin, onların əlbir olduğu digər şəxslərin və zərərçəkmişlərin dəqiq dairəsinin, habelə təsərrüfatlara vurulmuş ziyan məbləğinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.

"Azərbaycan Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun "961" Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir", - məlumatda qeyd olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6303   Tarix: 16 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Kirayə müqaviləsi bağlamamaq hansı problemlərə yol aça bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda mənzillərin kirayəyə verilməsi zamanı tərəflər arasında yazılı müqavilənin bağlanmaması hələ də aktual məsələlərdən biridir. Bəzi əmlak sahibləri və kirayəçilər şifahi razılaşma ilə kifayətlənsələr də, bu yanaşma sonradan kirayə haqqının ödənilməsi, mənzilin boşaldılması, əmlaka dəyən zərəri

19 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan

19 oktyabr
.

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeyd

19 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Bakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı

19 oktyabr