Baş Prokurorluq atanın azyaşlı qızını binadan ataraq öldürməsi iddialarına cavab verib
Bəzi media və sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Dilarə Bağıyevanın azyaşlı qızı S.Qurbanovanın (şərti) ölüm faktı ilə əlaqədar qeyri-obyektiv araşdırma aparıldığı, qızının yaşadıqları binanın 13-cü mərtəbəsindən atası tərəfindən yerə atılaraq qəsdən öldürülməsi ilə bağlı səsləndirdiyi fikirlər yayımlanıb.
Sonxeber.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
Qeyd edilir ki, Dilarə Bağıyevanın ifadə və şikayətlərində, eləcə də sosial şəbəkələrdəki çıxışlarında qeyd etdiyi xüsusatlar üzrə mövcud cinayət işi çərçivəsində Nizami rayon prokurorluğunda müvafiq istintaq hərəkətləri yerinə yetirilib.
"İstintaqla Vahid Nadirovun arvadı Dilarə Bağıyevaya qarşı zorakı hərəkətlər törətməsi sübuta yetirildiyindən o, Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin hökmünə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Baş Prokurorluq tərəfindən rəsmi olaraq bəyan edilir ki, istintaqın hazırki mərhələsində Dilarə Bağıyevanın göstərdiyi xüsusatlar üzrə Vahid Nadirova əlavə ittiham elan edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilməmişdir.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. Nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcəkdir", - açıqlamada bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1390 Tarix: 15 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs
19 oktyabrGəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
18 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabrƏlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca
18 oktyabrBazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
17 oktyabrBakının bu rayonunda iki gün SU OLMAYACAQ
Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl
19 oktyabrAzərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind
18 oktyabr