İrandan Rüşdiyə hücumla bağlı şok mesaj - "İlahi intiqam alındı"

İrandan Rüşdiyə hücumla bağlı şok mesaj - "İlahi intiqam alındı"İran rejimi ABŞ-da yazıçı Salman Rüşdiyə edilən hücuma münasibətdə susqunluğunu saxlasa da, ölkənin mühafizəkar mediası bundan məmnun olduqlarını, islahatçılar isə hücumun dirçələn nüvə danışıqlarına zərər verə biləcəyini bildirir.

Sonxeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, Rüşdinin 1988-ci ildə nəşr etdirdiyi "Şeytan ayələri" adlı kitabı İslam dünyasında rezonans doğurub.

1989-cu il fevralın 14-də İranın dövrün dini lideri Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilib. Xomeynidən sonra İrana rəhbərlik edən Əli Xameneyi də Rüşdi ilə bağlı fətvanın dəyişməz olduğunu bildirib. İran rejimi Rüşdinin başına 4 milyon dollar mükafat qoyub.

Təxminən bir il əvvəl İranda keçirilən prezident seçkilərində qalib gələn İbrahim Rəisi nüvə anlaşmasına qarşı olan mühafizəkarların dəstəyi ilə hakimiyyətə gəlib. ABŞ-ın 2015-ci ildə "Altılıq"la imzaladığı nüvə sazişindən çıxması İranda mühafizəkarların əlini gücləndirsə də, razılaşmanın həyata keçirilməsi üçün tərəflər arasında danışıqlar davam edir.

Ötən günlərdə Vyanada keçirilən görüşdən sonra Qərb dövlətləri yeni nüvə razılaşmasının imzalanması üçün son mətnin hazırlandığını açıqlayıblar. Yekun razılaşmanın imzalanacağı ehtimalının artdığı bu günlərdə Rüşdiyə hücum İranda mühafizəkarlarla islahatçılar arasında mübahisələrə səbəb olub. Molla rejimi məsələ ilə bağlı açıqlama verməsə də, mühafizəkarlar hadisədən məmnunluqlarını ifadə etməkdən çəkinmirlər.

Xameneyiyə yaxınlığı ilə tanınan mühafizəkar qəzetlərdən biri olan "Keyhan"da dərc olunan məqalədə "Rüşdidən ilahi intiqam alındı, növbədə Tramp və Pompeodur", "Nyu-Yorkda mürtəd və bədxassəli Rüşdiyə hücum edən o cəsarətli adama halal olsun" və s. kimi ifadələrə yer verilib.

SEPAH-a yaxınlığı ilə tanınan başqa bir mühafizəkar qəzet isə "Qeybdən gələn güllə" ifadəsinə, "Cəmi Cəm" qəzeti isə "Şeytan kor oldu" başlığına üstünlük verib.

Hökumətə məxsus "İran" qəzeti isə Rüşdiyə hücumla bağlı "Şeytanın boynu bıçaq altında" adlı məqaləsində yazır: "İmam Xomeyninin tarixi fətvasından 34 il sonra nəhayət ki, ona hücum edildi".

Tehran Universitetinin professoru, İranın Qərblə nüvə danışıqlarını aparan nümayəndə heyətinin müşaviri Məhəmməd Mərəndi Tvitter hesabında paylaşdığı mesajında qeyd edib: "İslam və müsəlmanlara qarşı sonsuz nifrət toxumu səpən yazıçı üçün bir damcı göz yaşı belə tökməyəcəm. Rüşdi postkolonial roman yazıçısı kimi maskalanan imperiyanın piyadasıdır".

İslahatçılara yaxınlığı ilə tanınan "Armani İmruz" qəzeti "Rüşdi təxəllüsü ilə yeni anti-İran dövrü" başlıqlı məqalə dərc edib.

Yenə islahatçılara yaxınlığı ilə də tanınan "khabaronline" internet saytı yeni nüvə anlaşması ərəfəsində belə bir olayın baş verməsinin təsadüfi olmadığını iddia edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1191   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Reuters: "Trampın seçkilərdə mövqeyinin zəifləməsi ABŞ-ın müttəfiqlərinə yeni imkanlar yarada bilər"

ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərdən sonra Konqresdə qüvvələr nisbətinin dəyişməsi Donald Tramp administrasiyasının xarici siyasətinə təsir göstərə bilər. Reuters-ə istinadən xəbər verir ki, Avropa ölkələri, Kanada və Şərqi Asiyadakı ABŞ müttəfiqləri Ukraynanın müdafiəsi, NATO, ticarət münasibətlər

19 oktyabr
.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18 oktyabr
.

Netanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin

19 oktyabr
.

Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama

"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış

18 oktyabr
.

Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi

Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy

19 oktyabr
.

ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v

18 oktyabr
.

Lavrov İrana səfər edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edib. APA-nın yerli bürosunun xəbərinə görə, Lavrov İran rəsmiləri ilə görüş və məsləhətləşmələr aparmaq üçün Tehrandadır. Rusiya xarici işlər nazirinin səfəri Tehran-Moskva arasında davamlı məsləhətləşmələr, ikitərəfli razılaşmaların icrasını

19 oktyabr
.

Meksikada üç turistin qətlinə görə şok hökm

Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları

18 oktyabr
.

İran səfiri Almaniya XİN-ə çağırılıb

Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniy

19 oktyabr