Məktəbli formalarının qiyməti necə olacaq? – BTE-dən 39 manat ajiotajına CAVAB

Məktəbli formalarının qiyməti necə olacaq? – BTE-dən 39 manat ajiotajına CAVABYeni məktəbli formalarının qiymətləri ilə bağlı müzakirələr davam edir. Son olaraq formaların bir dəstinin qiymətinin 39 manat olacağı barədə məlumat yayıldı.

"Bakı Tikiş Evi" (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov isə Oxu.Az-a açıqlamasında məktəbli formalarının qiymətinin hələ tənzimlənmədiyini diqqətə çatdırıb:

"Jurnalist sual verdi ki, qiymət hansı aralıqda ola bilər? Mən də təxmini bir şey dedim. Maraqlanırlar deyə artıq bir rəqəm deməli olursan. İnsanlar, gərək, bir-birlərini başa düşsünlər. Burada böyük sirr yoxdur axı. Onsuz da, qiymətlər çərşənbə günü açıqlanacaq. Bir az səbirli olmaq lazımdır.
Məktəbli formalarının qiyməti necə olacaq? – BTE-dən 39 manat ajiotajına CAVABAvqustun 17-si açılış olacaq, real qiymət həmin vaxt göstəriləcək. Hazırda hesablamalar aparılır. Çünki şalvar və ətəklərin 60 faizi yundan ibarətdir. Yun parça isə çox bahadır. Biz satış qiyməti ilə parça qiymətinə baxdıqda görürük ki, havayı işləyirik, hətta zərərə gedirik. Ona görə də işdən zərərsiz çıxmaq üçün qiymətləri tənzimləyirik".

Qurum rəsmisi formaların dəst satılacağı barədə məlumatın da yalan olduğunu vurğulayıb:

"Formalar dəst satılmalıdır deyə bir şey yoxdur. Ola bilsin ki, kimsə köynək alıb, onu keçən ildən qalan şalvarı ilə geyinəcək. Əgər şalvarı təzə qalıbsa, yenisini almağa ehtiyac olmayacaq. Çünki ötənilki ilə eyni rəngdədir, sadəcə parça bu il yundandır.

Ətəklər isə fərqlidir, yenisini almalıdırlar. Yayılan şayiələrə görə camaat qorxuya düşür, düşünürlər ki, formanın hamısını birdən necə alacaqlar. Ajiotaj yaratmaq lazım deyil. Hələ ki imkanları daxilində yay formasını alarlar, payızda da jaket, qızlar üçün şalvar, uzunqol köynək, gödəkcə alınar. Bunların hamısı birdəfəlik alınmalıdır deyə bir şey yoxdur".

Həmsöhbətimiz sadəcə 1-4-cü siniflər üçün geyimlərin satışa çıxarılacağını qeyd edib:

"Formaların bəziləri satışa çıxarılacaq, bəziləri yox, çünki çatdıra bilməmişik. Belə ki, hazırda 1-4-cü siniflərin formalarının satışı nəzərdə tutulur. Nazirlik də belə qərara gəlib ki, əvvəl ibtidai sinif şagirdləri geyimlə təmin olunsunlar.

Kimlərin əvvəlki ildən forması varsa, hələ ki onu geyinə bilərlər. Məcburiyyət və qadağa yoxdur. Yəni heç kimə "Bu formanı geyinmə" deyilməyəcək. Hələlik könüllülük prinsipi aparıcı olacaq.

Çoxuşaqlı ailələr üçün endirim məsələsinə gəldikdə isə Təhsil Nazirliyi və başqa dövlət qurumları onlarla bağlı güzəştlər edirlər. Biz edə bilmirik, çünki parçanı çətinliklə gətiririk, qiymətlər böyük bir fərqlə müəyyənləşdirilmir. Yəni bu mənə aid bir məsələ deyil, güzəşt edilib-edilməyəcəyini müdiriyyət bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1909   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Kirayə müqaviləsi bağlamamaq hansı problemlərə yol aça bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda mənzillərin kirayəyə verilməsi zamanı tərəflər arasında yazılı müqavilənin bağlanmaması hələ də aktual məsələlərdən biridir. Bəzi əmlak sahibləri və kirayəçilər şifahi razılaşma ilə kifayətlənsələr də, bu yanaşma sonradan kirayə haqqının ödənilməsi, mənzilin boşaldılması, əmlaka dəyən zərəri

19 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan

19 oktyabr
.

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeyd

19 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Bakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı

19 oktyabr