Balakəndə silahlı narkotacirlər ələ keçdilər - FOTO/VİDEO

Balakəndə silahlı narkotacirlər ələ keçdilər - FOTO/VİDEOBalakən Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan və üzərində "Kalaşnikov" avtomatı gəzdirən ümumilikdə yeddi nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının rayon ərazisində yerləşən yüksək dağlıq ərazilərdə birgə keçirdikləri "Darama" əməliyyatları zamanı üç narkotik plantasiyası aşkar edilib. Həmin plantasiyaları salan şəxslərdən yaş halda çəkisi 900 kiloqram olan 1098 ədəd narkotik tərkibli çətənə kolu, 13 kiloqrama yaxın qurudulmuş marixuana, iki ədəd ov tüfəngi və həmin silaha aid patronlar aşkar olunub.

Daxil olmuş məlumat əsasında keçirilən növbəti tədbir nəticəsində isə Tacəddin Kaltayev və Elnur Əliyev tutulub, şəxsi axtarış zamanı onlardan marixuana aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitəni əvvəllər məhkum olunmuş İsrafil Əliyevdən aldıqları müəyyən edilib. Davam etdirilən tədbirlərlə İsrafil Əliyev də tutularaq istintaqa təhvil verilib və ondan satış məqsədilə üzərində daşıdığı 200 qrama yaxın marixuana götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində isə üzərində qanunsuz odlu silah-sursat gəzdirən rayon sakini Elxan Qarayev saxlanılıb. Həmin şəxsdən istifadəyə yararlı "Kalaşnikov" avtomatı, sandıqça və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Aşkar edilən bütün faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, eləcə də rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Balakəndə silahlı narkotacirlər ələ keçdilər - FOTO/VİDEOBalakəndə silahlı narkotacirlər ələ keçdilər - FOTO/VİDEOBalakəndə silahlı narkotacirlər ələ keçdilər - FOTO/VİDEOBalakəndə silahlı narkotacirlər ələ keçdilər - FOTO/VİDEOBalakəndə silahlı narkotacirlər ələ keçdilər - FOTO/VİDEOBalakəndə silahlı narkotacirlər ələ keçdilər - FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1115   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO

Xırdalanda 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, Cavid Yusifov beşinci mərtəbədən yıxılaraq həyatını itirib. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır

17 oktyabr
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

11 oktyabr
.

Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi

Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu

18 oktyabr
.

20 min manata yaxın aliment borcu olan ata həbs edildi

Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib

18 oktyabr
.

Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay

18 oktyabr
.

Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video

Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar

8 oktyabr
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

11 oktyabr