11 ildir ölü kimi qeydiyyata alınan şəxsin qardaşı danışdı: "Qisas almaq niyyəti vardı"
Qubada tragikomik hadisə eşidənləri şoka salıb.
1996-cı ildən Rusiyaya gedən Abil Zeynalov doğulduğu rayonda ölü kimi qeydiyyatdadır.
Bizim.Media-ya danışan Vətəninə qayıda bilməyən Abilin qardaşı, Qubanın Rustov kənd sakini Nazim Zeynalov deyir ki, 2011-ci ildən bu işlə məşğul olmağa çalışır:
"Quba Qeydiyyat Şöbəsindən arayış almaq istəyəndə qardaşımın ölü kimi qeydiyyatda olduğunu öyrənmişəm. Şoka düşmüşəm o vaxtdan. Yazmadığım yer də qalmayıb - kənd icra nümayəndəliyinə, məhkəməyə və yuxarı təşkilatlara. Heç kim məni eşitməyib 11 ildə. İndi məsələ ictimailəşib.
Dövlət təşkilatları mənə, ailəmizə kömək eləsinlər ki, Abil gəlsin öz vətəninə. Ona təcili Azərbaycandan kömək olunmasa, qardaşım indi həqiqətən öləcək".
Nazim Zeynalov məlumat verdi ki, 2011-ci ildə qardaşının ölümü ilə bağlı məhkəmə qətnamə çıxaranda ailədən zərərçəkən kimi heç kim iştirak etməyib:
"Qardaşımın keçmiş arvadı bunu edib. Onu haradasa başa düşürəm, acıqlıdır, qisas almaq niyyəti vardı. Bəs sorğusuz hansısa vətəndaşı necə ölü və ya diri elan eləmək olar? Niyə bizim ailədən kimsə çağırılmayıb məhkəməyə? Bu məsələnin özü də kökündən araşdırılmalıdır".
Abil Zeynalovun qardaşı Nazim Zeynalov deyir ki, indi bu olayla bağlı Quba Rayon Məhkəməsinə müraciət etməyə hazırlaşır:
"Mənə qardaşımın qayıtması üçün heç bir kömək etməsələr, Ədliyyə Nazirliyinə müraciət edəcəyəm".
Quba Rayon Məhkəməsindən isə bildirilib ki, 2011-ci ildə məhkəmə müraciət əsasında qərar çıxarıb:
"Azərbaycan Mülki-Prosessual Məcəlləsinin 312-316-cı maddələrinə əsasən, üç il ərzində barəsində yaşadığı ünvana heç bir məlumat daxil olmursa, həmin şəxs itkin düşmüş sayılır.
Barəsində beş il müddətində heç bir məlumat olmadığı təqdirdə isə həmin şəxs ölmüş hesab edilir. Təbii ki, bu zaman onun barəsində müraciət daxil olursa, məhkəmə həmin vətəndaşın ölü olduğu haqqında qərar çıxarır və vətəndaşın sorğusu təmin edilir".
Quba Rayon Məhkəməsindən o da bildirildi ki, ölü kimi qeydiyyatda olan Abil Zeynalov Azərbaycana gələrsə, ona haqqının bərpası üçün lazımi köməklik ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1633 Tarix: 15 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli
17 oktyabr65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK
Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin
17 oktyabrAzərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
18 oktyabrYasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19 oktyabrDTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan
19 oktyabrİsmayıllıda zəlzələ oldu
Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə
19 oktyabrBakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı
19 oktyabr