"Mərhəmətli insanlar, yeganə balamı ölməyə qoymayın" - 2 yaşlı Mirsəccadın YARDIMA ehtiyacı var - FOTO/VİDEO
Gördüyünüz bu uşağın adı Mirsəccaddır. Cəmi 2 yaşı olan bu balanın beynində beynində şiş (törəmə) və maye aşkarlanıb.
Məlumatı ailəsi yenicə öyrənib. Həkimlər deyib ki, bu, ağır xəstəlikdir və körpənin çox az vaxtı var. Ona görə də Mirsəccad tezliklə beynindən iki əməliyyat olmalıdır. Əməliyyat üçün 40 min manat lazımdır. Amma ailənin bu vəsaiti ödəmək imkanı yoxdur. Bu səbəbdən üzgün valideynlər xeyirxah insanlardan dəstək istəyirlər.
Mirsəccadın anası böyük ümidlə nicat gözləyir: "Balamın belə ağır xəstəliyə tutula biləcəyi ağlıma belə gəlməzdi. Amma indi onunla birgə çox ağır sınaqdan keçirik. Mərhəmətli insanlar, nə olar, yardım edin, yeganə balamı ölməyə qoymayın. Onun gözümün önündə əriyib getməsinə icazə verməyin. Ağrıdan qovrulan balamla birgə mən də hər gün zərrə-zərrə ölürəm. Ona kömək edə bilməmək, dərdinə çarə ola bilməmək məni məhv edir. Sizdən acizanə xahiş edirəm, bu çarəsiz ananın övladına yardım edin. Şəfqətli mərhəmətinizi bizdən əsirgəməyin. Yaxşılığınızı nə mən, nə də göydəki Allah heç zaman unutmaz".
Qeyd: Seyidov Mirsəccada dəstək olmaq istəyənlər fotodakı bank hesabına ödəniş edə bilərlər.
Əlaqə nömrəsi: 0507588585








Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1005 Tarix: 16 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda binaların təmirinə 23 milyon manatdan çox pul xərclənəcək
Bakının bir neçə rayonunda binalar təmin olunacaq. -ın məlumatına görə bununla bağlı müvafiq prosedura başlanılıb. Belə ki, Bakı şəhərinin Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri həyata keçiriləcək. Sözügedən işlər
4 may16 yaşına çatmayan qızı nişanlamaq istədilər - Atası həbs edildi
Şəkidə 16 yaşına çatmayan qızın valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu paylaşım edib. O bildirib ki, məsələ il
4 mayHəmin uşağın valideynləri tapıldı
Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, azyaşlının valideynləri artıq tapılıb. Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfində
5 may"Azərlotereya" "Bakı Marafonu 2026"nın tərəfdaşı oldu
"Azərlotereya" ənənəsinə sadiq qalaraq, artıq beşinci dəfə "Bakı Marafonu 2026"nın tərəfdaşı olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən marafon çərçivəsində şirkət sağlam həyat tərzinin təşviqi və idmanın inkişafına dəstəyini dava
4 mayIcrammer: Daha sürətli öyrən, daha yüksək bal al!
imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200 00-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada. Rəqəmsal təhsil həlləri sahəsində yeni nəsil platforma olan daha ağıllı, əlçatan və effektiv hazırlıq mühiti təqdim edir. Süni intellekt əsaslı b
4 maySabahdan bəzi rayonlarda hava yağıntılı olacaq, külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində mayın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala
4 mayBu məktəblərdə 1-ci sinfə qəbul müsabiqə ilə aparılacaq (RƏSMİ)
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu il hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbulun müsabiqə yolu ilə aparılacağını açıqlayıb. xəbər verir ki, Agentliyin məlumatına görə, bu il Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbini
4 may"Space" TV-yə yeni baş direktor təyin edildi
"Space" televiziyasına yeni baş direktor təyin edilib. -ın -a istinadən məlumatına görə, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib. Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə icla
4 may