Erməni deputat ordudakı itkilər HAQDA: "Bu statistika ölkənin faciəsidir"
Ermənistan parlamentinin "Mənim şərəfim" müxalifət fraksiyasından olan deputatı Tiqran Abramyan 2022-ci il avqustun birinci yarısında Ermənistan ordusundakı itkilərdən danışıb.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.
"Avqustun birinci yarısı üçün Silahlı Qüvvələrdə qeyri-döyüş itkilərinin statistikasına baxıram. Bu, özlüyündə ordu və ölkə üçün böyük faciədir. 15 gündə 5 itki. Hamısı da döyüş olmayan şəraitdə baş verib".
Deputat Abrahamyan öz şərhində qeyd edir ki, Azərbaycan ordusunun "Qisas" əməliyyatı zamanı iki Qarabağ separatçısı məhv edilib.
Tiqran Abramyan onu da bildirir ki, avqustun birinci yarısında 20-yə yaxın erməni hərbçi yaralanıb.
"Avqustun 3-dən 4-nə keçən gecə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin üç aylıq təlim-məşq toplanışının üzvü, ehtiyatda olan sıravi Atom Razmikoviç Arutyunyan (1978-ci il təvəllüdlü) yuxuda qəflətən dünyasını dəyişib.
Avqustun 7-də Qeqarkunik vilayətində (Göyçə mahalı) fövqəladə hadisə baş verib. Saat 16:00 radələrində Fövqəladə Hallar Nazirliyinə Göyçə gölündə vətəndaşın çimərkən batması barədə məlumat daxil olub.
Sonradan məlum olub ki, adıçəkilən vətəndaş üç aylıq hərbi təlimin iştirakçısıdır. Avqustun 7-də N saylı hərbi hissənin müqaviləli əsgəri, sıravi Arşaluys Vramoviç Ovannisyan (1976-cı il təvəllüdlü) qəflətən dünyasını dəyişib.
Avqustun 9-da Respublikanın şimal-şərq istiqamətində yerləşən N saylı hərbi hissənin atəş mövqeyində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi əsgər Erik Armenoviç Karsyanın (2003-cü il təvəllüdlü) sinəsindən güllə yarası ilə meyiti aşkar edilib. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Avqustun 14-də saat 15:20 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu sıravi Manvel Myasnikoviç Tadevosyanın səhhəti kəskin pisləşib. Dərhal tibbi yardım göstərilsə də, əsgərin həyatını xilas etmək mümkün olmayıb.
Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib", - erməni deputat qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1935 Tarix: 16 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda
16 sentyabr 2021Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır
15 sentyabr 2021Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 202118 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO
"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti
15 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu
Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ
16 sentyabr 2021Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO
Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli
18 sentyabr 2021