Süni tənəffüs aparatına qoşulan qazi həyata qaytarıldı
Bakı-Ələt yolunda baş verən avtomobil qəzasından sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Vətən müharibəsi iştirakçısı, qazi Emrahşah Mahmudov Həkimlərin səyi nəticəsində yenidən həyata qaytarılıb.
Mərkəzdən bildirilib ki, bir müddət KTM-in Reanimasiya şöbəsində qalan qazimizin vəziyyəti yaxşılaşdığı üçün artıq digər müvafiq şöbəyə köçürülüb.
Həkim-cərrah Əziz Məmmədovun sözlərinə görə, avqustun 7-də Mərkəzə gətirilən və koma vəziyyətində olan yaralının sağ qalmaq şansı çox az olub:
"Qəza zamanı xəstənin qaraciyəri demək olar ki iki hissəyə bölünmüşdü. Burada əməliyyatla onun qaraciyəri tikildi. Adətən bu dərəcədə ağır yaralı xəstələrin sağ qalma şansları aşağı olur.
Qaraciyərin cırılması, daxili qanaxma diaqnozu ilə onu ilk olaraq reanimasiya şöbəsinə yerləşdirdik. Gətirilərkən xəstənin vəziyyəti çox ağır qiymətləndirilirdi və qanitirmə fonunda komaya düşmüşdü. Çox şükür, qazimizin vəziyyəti indi kifayət qədər yaxşıdır, əməliyyatı da uğurla başa çatıb və Cərrahiyyə şöbəsində müalicəsi davam edir".
Həyatı üçün hər hansı təhlükə qalmayan Emrahşah Mahmudov özünü kifayət qədər yaxşı hiss etdiyini deyir:
"Avqustun 7-də anamla birgə Gəncəyə, qardaşımın andiçmə mərasiminə gedirdik. Bakı-Ələt yolunda qəzaya düşdük. Deyilənə görə, hadisə nəticəsində mən çox ağır xəsarət almışam. Ona görə də heç nə yadımda qalmayıb. Məni oradan elə birbaşa təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətiriblər".
Məlumat üçün bildirək ki, E.Mahmudov Vətən müharibəsi zamanı Ağdam və Suqovuşan istiqamətində ağır döyüşlərdə iştirak edib və yaralanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 983 Tarix: 17 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər
18 oktyabrNazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
18 oktyabrİsmayıllıda zəlzələ oldu
Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə
19 oktyabrƏsgərin ölümünə görə 2 nəfər həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka
19 oktyabrDTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan
19 oktyabrOğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs
19 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabr