Çin İsrailə ultimatum verdi - Gərginlik artır
Çin Kommunist Partiyasının (ÇKP) ən nüfuzlu funksionerlərindən biri, ÇKP MK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Tszinçao şəxsi söhbət zamanı İsrailin Pekindəki səfiri İrit Ben-Abbeyə İsrail-Çin münasibətlərinin "kritik nəzarət nöqtəsində" olduğunu deyib.
News24.az xəbər verir ki, Lyu Tszinçao səfirə xəbərdarlıq edib:
"Əgər ABŞ-ın təzyiqi altında İsrail münasibətlərimizə xələl gətirəcək addımlar atsa, bu, böyük səhv olacaq", - ÇKP MK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri deyib.
Çin diplomatik dairələrinə yaxın mənbələrdən bildirilib ki, İsrail ilk dəfədir Çindən belə kəskin və birmənalı formalaşdırılmış mesaj alır. Mənbələr sözügedən görüşün səbəbini ABŞ və Çin arasındakı gərginliklə izah edirlər.
Lakin digər mənbələr İsrailin Çinlə münasibətlərinin daha əvvəl - Benyamin Netanyahu baş nazir postunu tərk edəndən sonra soyuduğunu bildirirlər: "Yeni hökumət Çinə tərəfdaş kimi deyil, daha çox milli təhlükəsizliyə təhdid kimi baxır. Beləliklə, İsrail artıq kiminlə olduğunu seçməli olacaq".
Xəbərə görə, Lyu Tszinçao səfirlə görüşündə qeyd edib ki, o, İsrailin ABŞ-la xüsusi münasibətini anlayır, bunula belə Təl-Əvivin Çinə qarşı siyasətini yaxından izləyir. Lyu Tszinçao İsrailin ABŞ-ın Çin siyasətinə qoşulmayacağına ümid etdiyini bildirib: "Biz kritik dönüş nöqtəsindəyik. İsrail-Çin münasibətlərinin hansısa üçüncü ölkədən asılı olmasını istəmirik".
İsrail səfiri bildirib ki, ölkəsi müstəqil siyasət yürüdür: "İsrail də ümid edir ki, heç bir üçüncü ölkə Çinin İsrailə münasibətinə təsir etməyəcək".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2014 Tarix: 19 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO
Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək
16 sentyabr 2021Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO
Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini
17 sentyabr 2021Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır
15 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI
Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd
18 sentyabr 2021Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu
İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı
17 sentyabr 2021Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO
Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz
17 sentyabr 2021