MEDİA-dan KİV-ə XƏBƏRDARLIQ

MEDİA-dan KİV-ə XƏBƏRDARLIQAzərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA) qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində mütəmadi olaraq media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparır və agentliyin ümumi fəaliyyəti barədə hesabatlar hər ay media ictimaiyyətinə təqdim edilir.

MEDİA-dan Lent.az-a verilən xəbərə görə, aparılan təhlillər göstərir ki, bəzi media subyektləri öz fəaliyyətlərində jurnalistikanın əsas norma və prinsiplərini pozmaqla, materialların hazırlanmasında birtərəfliliyə yol verməklə, qarşı tərəf və ya tərəflərin mövqeyini öyrənməməklə, həmçinin aldadıcı başlıqlardan istifadə etməklə "Media haqqında" qanunun və "Redaksiya siyasəti və peşə etikası" qaydalarının tələblərini pozur. Medianın İnkişafı Agentliyi media subyektlərini belə hallara yol verməməyə, fəaliyyətlərində "Media haqqında" qanuna və "Redaksiya siyasəti və peşə etikası" qaydalarına riayət etməyə çağırır, bildirir ki, belə hallar təkrarlanarsa, pozuntuya yol vermiş media subyektlərinə rəsmi xəbərdarlıq ediləcək və xəbərdarlıqlar agentliyin rəsmi informasiya resurslarında yerləşdiriləcək. Xəbərdarlığa əməl edilməyəcəyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq, növbəti tədbirlərin görülməsi təmin olunacaqdır.

Medianın İnkişafı Agentliyi bütün media subyektlərini peşəkar və məsuliyyətli olmağa, eyni zamanda, informasiya alan tərəflərin də hüquqlarına hörmətlə yanaşmağa çağırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 511   Tarix: 19 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏR

Cüyürlərin ehtiyatlı addımları, ayıların meşədə sərbəst dolaşması - bütün bunlar Hirkan Milli Parkı ərazisində quraşdırılmış fototələlərin yaddaşına köçən son görüntülərdir. İnsan gözündən uzaq qalan bu anlar ağaclar üzərində yerləşdirilən xüsusi kameralar vasitəsilə qeydə alınır. Hər rüb bu cihazları

4 may
.

Apreldə 5 nəfər zəhərlənmədən ölüb

2026-cı ilin aprel ayında KTM-in Toksikologiya şöbəsinə ümumilikdə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. Bu barədə "Qafqazinfo"ya xəstəxanadan məlumat verilib. Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirili

4 may
.

WUF13 zamanı "Koroğlu"dan 24 saatlıq K1 marşrutu fəaliyyət göstərəcək

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyatın təşkili ilə bağlı əlavə tədbirlər görüləcək. xəbər verir ki, bu barədə keçirilən brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib. Onu

5 may
.

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub. 2011-2012-c

5 may
.

Futbol oynayarkən ölən tələbənin - Fotosu

Xəbər verdiyimiz kimi, Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, stadionda ölən 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlunun fotosu yayılıb. Qeyd edək ki, ilkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkü

5 may
.

Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı

Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb. "Yeni Sabah"a istinadla bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 2024-2026-cı illərdə həm kişilərin, həm də qadınların soyad seçim

5 may
.

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi də yüksəkdir" - Orxan Məmmədov

"Azərbaycanın işğaldan azad edilmiş əraziləri böyük iqtisadi potensiala malikdir və aqrar sektorun inkişafı üçün yeni imkanlar açır". xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakı Eksp

5 may
.

"2026-cı ilin "Qadın fermerlər ili" elan olunması kənd təsərrüfatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır"

Azərbaycan kənd təsərrüfatının modernləşdirilməsinə dəstək davam edəcək. xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfat

5 may
.

Sabahdan bəzi rayonlarda hava yağıntılı olacaq, külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi bölgələrində mayın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala

4 may