Uşaqları civəli termometr təhlükəsindən necə qoruyaq? - FOTO

Uşaqları civəli termometr təhlükəsindən necə qoruyaq? - FOTOAğdaş rayonunda dörd yaşlı uşaq evdə termometri sındırıb və içindəki civəni içərək zəhərlənib. Vəziyyəti orta stabil qiymətləndirilir.

Təbii ki, civə termometri hər birimizin evində var. Bu ölçü cihazı çox kövrəkdir və ehtiyatsız davrandıqda tez sınması mümkündür. Hər zaman eşidirik ki, termometr qırılsa və içindəki civə tökülsə, insanın həyatı üçün təhlükəlidir.

Bəs məişətdə əsasən tibbi termometrlərin tərkibində rast gəlinən civə təhlükəlidirmi? Əgər civə evə dağılarsa, necə təmizlənməlidir?

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a bildirilib ki, evdə civəli termometr qırılarsa, vətəndaş dərhal "112" qaynar xəttinə məlumat verməlidir:

"Oradan vətəndaşı mütəxəssislə əlaqələndirirlər. Vətəndaşla danışıqlar aparılır, şəraitə uyğun dərhal FHN-in xüsusi qüvvələri hadisə yerinə gəlirlər".

Həkim-pediatr Yalçın Mirzəyevin sözlərinə görə, civəli termometr təhlükəli olduğu üçün artıq inkişaf etmiş ölkələrdə istifadə edilmir:

"Məncə, Azərbaycanda da istifadəsi qadağan edilməlidir. Həmin termometrlərin içərisində elementar civə olur və ən çox ağzı açıq olduqda inhalyasiya (tənəffüs yollarına buxar ilə) və dəridən təmas yolu ilə qana keçir. Uşaq civəni içib və zəhərlənibsə, onun içməklə birlikdə inhalyasiya olma ehtimalı da yüksək olduğu üçün çox vaxt itirmədən qanda civə səviyyəsi ölçülməlidir. Klinik vəziyyət və nəticəyə əsasən müalicə taktikası seçilməlidir.
Civə rentgendə görünən bir maddədir. Tez bir zamanda rentgen çəkilərək yerinə görə mədə-bağırsaqdan təmizləmə yolu seçilə bilər. Erkən dövrdə aktiv kömür içirmək də faydalı olur. Ümumiyyətlə, ən təsirli müalicə şelasyon verilməsidir (civəylə birləşib onunla birlikdə qandan atılan dərman vasitələrinin verilməsi - red.). Simptomlar olarsa, simptomatik və dəstək müalicəsi edilməlidir".

Civə ilə zəhərlənmənin əlamətləri

Həkim bildirir ki, civə buxarı ilə kəskin zəhərlənmənin ilk əlamətləri 8-24 saatdan sonra müşahidə edilir:

- zəiflik;
- iştahanın olmaması;
- başağrısı;
- udqunan zaman ağrı;
- ağızda metal dadı;
- ağız suyunun axması;
- damaqların şişməsi və qan axması;
- ürəkbulanma və qusma;
- qarında ağrılar.

Civəli termometr sınıbsa:

- Təmiz hava axınını və otaqda temperaturun düşməsini təmin etmək üçün pəncərələri açın (otaq nə qədər isti olsa, civə bir o qədər sürətlə buxarlanır). Lakin fikir verin ki, yelçəkən yaranmasın, yoxsa buxar hava cərəyanı ilə daha çox sahəyə yayıla bilər;

- Cihaz sınan otağa insanların və heyvanların girişini məhdudlaşdırın;

- Rezin əlcək, üzünüzə tənzif sarğısı taxın, suda bir qədər isladılmış qəzetlə dağılan civəni yığın. Lap xırda hissəcikləri skoç və ya yapışqan lentlə (leykoplastır) yığmaq olar;

- Yığılan civəni su ilə doldurulmuş bankaya yerləşdirin və ağzını kip bağlayın. Su civənin buxarlanmasının qarşısını alır. Bankanı zibilliyə atmayın, içindəki suyu kanalizasiyaya axıtmayın və ya çölə tökməyin! Ətraf mühiti çirklətməyin! Bir termometrdə olan iki qram civə 6 000 kubmetr havanı çirkləndirə bilər;

- Gigiyena və Epidemiologiya Mərkəzinə zəng vurub civəni hara təhvil verəcəyinizi öyrənin. Civənin hamısının yığılmasından əmin deyilsinizsə, müayinə üçün mütəxəssisləri çağıra bilərsiniz. Onlar xüsusi cihazla havada civə miqdarını ölçəcək, lazımi tədbirləri yerinə yetirəcəklər;

- Fırça və ya pulverizator ilə civə dağılan yeri marqan məhlulu ilə təmizləyin, təxminən bir saat saxlayın, sonra sabunlu-sodalı məhlulla yuyun (40 q təsərrüfat sabunu və 50 q qida sodasını bir litr suda qarışdırın);

- Gün ərzində otağa girməməyə çalışın. Sonra döşəməni su ilə yumaq olar. Civə hissəcikləri xalçanın üzərinə düşübsə, onu bükün, çölə çıxardıb sərin, civə hissəcikləri yerə düşməsin deyə altına polietilen paket sərib yavaşca çırpın və havalandırın;

- Civəni yığdıqdan sonra ağzınızı zəif marqan məhlulu ilə yaxalayın, iki-üç həb aktivləşdirilmiş kömür qəbul edin – bu, toksinlərin orqanizmə təsirini azaldacaq;

- 10 gün ərzində gündə üç dəfə otağı 10 dəqiqəlik havalandırın ki, civə buxarı tamamilə təmizlənsin.

Nə etmək olmaz?

- Civəni süpürgə ilə yığmaq. Onun çubuqları metal kürəciyini xırda hissəciklərə parçalayır, onları yığmaq isə çətin olur;

- Civəni tozsoranla yığmaq. Tozsoran işlədikdə isinir, bu isə civənin buxarlanmasını sürətləndirir. Bundan əlavə, zərərli metal tozsoranın içində qalır və cihazı artıq istifadə etmək olmaz;

- Civəni yığdığınız paltarı yumaq. Bu, paltaryuyan maşının zərərli metalla çirklənməsinə səbəb ola bilər. Civə ilə təmasda olan bütün paltar və əşyaları ləğv etmək lazımdır.

Civə insanlarda hansı fəsadlara gətirib çıxara bilər?

Ekspertlərin sözlərinə görə, civə ilə təmas insan sağlamlığında çox ciddi problemlər yaradır. Aparılan tədqiqatlardan aydın olub ki, sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı var. Bundan başqa, bədənə daxil olan civənin beyin və böyrəklər üzərində də ağır yaralar əmələ gətirdiyi aparılan tədqiqatlarla müəyyən edilib. Civənin qatılığının bədəndə artması təzyiqin yüksəlməsinə, infarkta, dəridə qızartıların və yaraların yaranmasına, gözlərin zərər görməsinə səbəb ola bilər. İçməli su və ya qida yolu ilə insan bədəninə daxil olan civə eşitmə pozğunluğuna, nevroloji pozğunluqlara, mərkəzi sinir sisteminin pozulması və xərçəngə, böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına, xromosomların korlanıb şikəst övlad doğulmasına səbəb olur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1753   Tarix: 19 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeyd

19 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Bakının bu rayonunda iki gün SU OLMAYACAQ

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl

19 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Korrupsiyanı ifşa edənlərə mükafat veriləcək - bəs onları təzyiqlərdən kim qoruyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib. Layihədə belə şəxslərin kimliyinin məxfiliyinin qorunması, hüquqi yardım alması və korrupsiya barədə məlumat verdiklərinə görə iş yerində qisas xarakterli tədbirlərl

19 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman

19 oktyabr