"Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTO
Ölkənin rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru - "Azərlotereya" ASC 2021-ci il üzrə maliyyə hesabatını təqdim edib.
"Azərlotereya" ASC 2021-ci il hesabat dövründə mənfəət vergisi olaraq dövlət büdcəsinə daxilolma əvvəlki ilə görə 290 faiz artaraq 5,1 milyon manat təşkil edib.
Şirkətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı yaranmış bütün vergi öhdəlikləri qanunvericiliyə uyğun olaraq zamanında ödənilib, hər hansı bir vergi öhdəliyi qalmayıb.
2021-ci ildə "Azərlotereya" ASC-nin satışdan gəlirləri ötən ilə nisbətən 147 faiz artaraq 43,9 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda da xeyli artım müşahidə olunub. Bu göstərici 2020-ci illə müqayisədə 212 faiz artıb.
Bununla yanaşı, şirkətin ümumi mənfəəti 170 faiz artaraq, 7,7 milyon manatdan 20,9 milyon manata yüksəlib, xalis mənfəəti isə 73 faiz artaraq 7,6 milyon manata çatıb.
2021-ci il ərzində şirkət 5,6 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 1,1 milyon manatdan 6,7 milyon manata yüksəldib. O cümlədən, "Azərlotereya" ASC-nin 2021-ci ilin sonu cəmi aktivləri 31,8 milyon manat təşkil edib. Şirkətin 2020-ci ilin sonunda cəmi aktivləri 11,1 milyon manat olub.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin cəmi kapitalı 33 faiz artaraq, 9,7 milyon manata çatıb.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 951 Tarix: 19 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK
Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin
17 oktyabrGəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
18 oktyabrAlyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19 oktyabrBakının bu rayonunda iki gün SU OLMAYACAQ
Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl
19 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabrFüzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da
17 oktyabrHərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman
19 oktyabr