Zaporojye AES-in fəaliyyəti dayanarsa, dünyanı nə gözləyir?

Zaporojye AES-in fəaliyyəti dayanarsa, dünyanı nə gözləyir?Zaporojye atom elektrik stansiyasının reaktorlarının dayandırılması və bütün enerji mənbələrinin itirilməsi soyutma sistemlərinin sıradan çıxmasına və reaktor qurğusunun aktiv zonasının zədələnməsinə səbəb ola bilər. Bu da ətraf mühitə radioaktiv maddələrin yayılması ilə nəticələnə bilər.

Ukrayna Dövlət Nüvə Tənzimləmə Müfəttişliyinin məlumatına görə, 2011-ci ildə Yaponiyanın "Fukusima-1" AES-də baş vermiş qəza məhz bu ssenari üzrə olub.

"Atom elektrik stansiyası öz ehtiyaclarını fasiləsiz təmin etmək üçün daimi enerji təchizatına malik olmalıdır. Stansiyanın fəaliyyəti ya işləyən enerji blokları, ya da xarici enerji təchizatı ilə qarşılanır. Bütün enerji blokları söndürüldükdə sabit xarici enerji təchizatı təmin edilməlidir", - deyə nazirlikdən bildirilib.

Qeyd edilib ki, Rusiyanın zərbələri nəticəsində Zaporojye AES-i Ukraynanın enerji sistemi ilə birləşdirən dörd xətdən üçü zədələnib. Dördüncü xətt də zədələnərsə, stansiya öz ehtiyacları üçün elektrik enerjisi almaq imkanını itirəcək.

"Bütün elektrik təchizatı mənbələri itirildikdən sonra nüvə yanacağının əriməsi prosesi başlayacaq və bunun nəticəsində ətraf mühitə radioaktiv maddələr yayıla bilər", - deyə Müfəttişlikdən qeyd edilib.

Mütəxəssislər həmçinin əlavə ediblər ki, Zaporojye AES-də baş verən qəza geniş ərazilərin radioaktiv çirklənməsinə səbəb ola bilər ki, bu da qlobal nəticələrə gətirib çıxara bilər. Xüsusən də hava şəraitindən asılı olaraq radioaktiv bulud Avropa, yaxud Rusiya və Belarus ərazilərinə çata bilər. Bundan əlavə, AES Kaxovka su anbarının sahilində yerləşir ki, bu da Dnepr çayı və Qara dənizin radioaktiv çirklənməsinə səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1590   Tarix: 19 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO

Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini

17 sentyabr 2021
.

Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır

15 sentyabr 2021
.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu

İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı

17 sentyabr 2021
.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021