Nazirlər Kabineti xəstəlik vərəqələrinin verilməsi qaydalarına dəyişiklik edib
Nazirlər Kabineti "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" qərarda dəyişiklik edib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.5-ci bəndində göstərilən əsaslar olduqda, həkim-məsləhət komissiyaları tərəfindən xəstələrə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər veriləcək.
Həkim-məsləhət komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsindən imtina barədə qərar qəbul edildikdə və ya tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edildikdə, əgər xəstənin əmək qabiliyyətinin itirilməsi davam edirsə, xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadılacaq.
Nazirlər Kabinetindən bildirilib ki, xəstəlik vərəqəsinin uzadılmasını nəzərdə tutan dəyişiklik edilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat"ın 6-cı hissəsinin üçüncü abzasına əsasən xəstəlik vərəqəsinin yalnız tibbi-sosial ekspert komissiyasının rəyinə görə xəstəni əlilliyi olan şəxs hesab etmək mümkün olmadıqda və onun əmək qabiliyyətinin itirilməsi davam etdiyi halda uzadılması nəzərdə tutulub.
Müvafiq komissiyalar tərəfindən göndərişlərin verilməsindən imtina barədə qərar qəbul edildiyi halda isə xəstəlik vərəqələrinin uzadılması məsələsi Təlimatda tənzimlənməyib.
Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün Nazirlər Kabinetinin 319 №-li Qərarı ilə Təlimata əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsindən imtina olunduğu halda da xəstəlik vərəqəsinin uzadılmasını nəzərdə tutan dəyişiklik olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1504 Tarix: 20 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK
Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin
17 oktyabrGəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
18 oktyabrAlyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19 oktyabrBakının bu rayonunda iki gün SU OLMAYACAQ
Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl
19 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabrFüzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da
17 oktyabrHərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman
19 oktyabr