"WhatsApp"da yeni dələduzluq: "Azərbaycanda qurbanlar var" - FOTO
"WhatsApp"da yeni növ dələduzluq metodu sürətlə yayılır".
Lent.az xəbər verir ki, bunu texno-bloqqer Fərid Pərdəşünas deyib.
O qeyd edib ki, bu kiber dələduzluq növündə qurbanlara başqa nömrələrdən, lakin ən yaxın dostunun şəkli olan "WhatsApp" hesablarından yazılır:
"Dost çox professional şəkildə Azərbaycan dilində hal-əhval etdikdən sonra, anasının vəziyyətinin ağır olduğunu, təcili xəstəxanaya gətirdiklərini deyir. Evdən tələsik çıxan qəhrəman nağd pul götürməyi unudur və axşam qaytarmaq şərtilə borc pul istəyir. Bura qədər hər şey normaldır, kim buna aldanar deyirsiniz. Çünki profil şəklindəki dostunuz olsa da, nömrə başqadır. Lakin dələduz dostunuzun adından sizə elə dostunuzun adı yazılı olan kartının şəklini göndərəndə artıq sizdə 100%-lik inam yaranır və pulu verirsiniz".
Ekspert bunun zəncirvari kiber dələduzluq olduğunu vurğulayıb:
"Dələduz ilk öncə sizin dostunuzun bank tətbiqini ələ keçirir. Eyni zamanda dostunuzu artıq aldadaraq ondan kart şəklini alır. Mobil bank tətbiqlərində olan nömrəyə köçürmə kimi imkanlardan hansı kontaktlara pul köçürdüyünüzü, kimlərə kontur vurduğunuzu öyrənərək, ən yaxın adamlarınıza yazaraq, onlardan borc pul alır. Artıq Azərbaycanda qurbanlar var.
Bu hallardan qorunmaq üçün mütləq şəkildə:
– qohum və dostunuzun fotosu olan lakin başqa nömrədən gələn mesajlara cavab verməyin.
– bank kartınızın fotolarını 3-cü şəxslərə göndərməyin.
– telefona gələn 3DS təsdiqləmə kodlarını heç kimə verməyin".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1555 Tarix: 22 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
18 oktyabrGəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
18 oktyabrFüzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da
17 oktyabrMinimum əməkhaqqı artacaq? - Video
Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər
18 oktyabrPensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
17 oktyabr