"Azərpoçt" Rusiyadan pul köçürmələri üçün alternativ kanal TƏQDİM EDİB
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC ilə "Azərbaycan Beynəlxalq Bankı – Moskva" MMC-nin (ABB – Moskva) əməkdaşlığı nəticəsində Rusiyadan Azərbaycana pulköçürmə istiqamətində yeni alternativ kanal təqdim edilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, "Azərpoçt"da tətbiq olunan "Granat" pulköçürmə sistemi vasitəsilə artıq Rusiya Federasiyasından Azərbaycana köçürülən pul vəsaitlərini vətəndaşlar respublika üzrə mərkəzi poçt şöbələrindən ala biləcəklər.
İlkin mərhələdə "Granat" pulköçürmə sistemi Bakıda yerləşən AZ1000, AZ1017, AZ1044 indeksli poçt şöbələrində və respublika üzrə bütün rayon mərkəzlərində fəaliyyət göstərən mərkəzi xidmət şöbələrində vətəndaşlara təqdim olunacaq. Yaxın gələcəkdə isə tələbatdan asılı olaraq, digər poçt şöbələrində də bu sistemin tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, "Granat" pulköçürmə sistemi Rusiya Federasiyasında hər kəs üçün əlçatandır: belə ki, Rusiya ərazisində yerləşən "ABB – Moskva" məntəqələri və "Granat" mobil tətbiqi vasitəsilə, eləcə də digər partnyorlara məxsus xidmət nöqtələrindən Azərbaycana pul vəsaitlərinin göndərilməsi mümkündür.
"Granat" pulköçürmə sistemi üzrə tariflər, eləcə də pul köçürmələrinin göndəriş və alış məntəqələri haqqında ətraflı məlumatı www.azerpost.az və www.granatpay.ru saytlarından əldə etmək olar.
"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti 1500-ə qədər şöbəsi ilə əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank hesabı üzrə xidmətlər, elektron ödənişlər, sığorta və s. kimi qeyri-ənənəvi maliyyə xidmətləri, eləcə də elektron hökumət və pərakəndə biznes xidmətlərini təqdim edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1572 Tarix: 22 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
18 oktyabrGəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
18 oktyabrFüzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da
17 oktyabrMinimum əməkhaqqı artacaq? - Video
Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər
18 oktyabrPensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
17 oktyabr