Qubadlı-Eyvazlı avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir - FOTO

Qubadlı-Eyvazlı avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir - FOTOPrezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı-Eyvazlı avtomobil yoludur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 28,5 km uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ikizolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Qubadlı rayonunda çətin relyefə malik ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir:

- 0-5-ci km-də yol yatağının tikintisi işləri aparılır;

- 5-6-cı km-də yol yatağının tikintisi yekunlaşıb;

- 6-14-cü km-də yol yamaclarının qırıcı üsulu ilə layihə səviyyəsinə gətirilməsi işləri icra olunur;

- 14-15-ci km-də yol yatağının tikintisi işləri yekunlaşmaq üzrədir;

- 15-20-ci km-də yol yamaclarının layihə səviyyəsinə gətirilməsi üçün tikinti işləri davam edir;

- 20.9-21-ci km-də yol yatağının tikinti işləri son mərhələdə olmaqla aparılır;

- 21-22-ci km-lik hissəsində yol yatağının profilə salınması və dolğu işləri son mərhələ üzrə icra olunur;

- 23-25-ci km-lik hissədə yol yatağının tikintisi artıq yekunlaşıb;

- 27-28-ci km-lik hissədə isə dolğu işləri və yeni yol yatağının inşası işləri həyata keçirilir;

- 28.5-ci km-lik hissədə yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün bitki qatının çıxarılması, qazma, əks dolğu, dağ yamaclarının kəsilməsi, dağlarda qırıcı üsulu ilə yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir. Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin avtomobil körpülərinin inşası aparılır:

- 24-24.44 km-də yerləşən düzbucaqlı su keçidinin ilkin təməl beton işləri,

- 0-0.5 km-də suötürücü beton borunun tikintisi aparılır;

- 2.5-ci km-də inşa olunan 122.4 metr uzunluğa malik dördaşırımlı körpüdə svay işləri yekunlaşıb, qazma və betonlama işləri icra olunub;

- 21-ci km-də tikilən 66 metr uzunluğa malik ikiaşırımlı avtomobil körpüsündə svay betonlama işləri aparılır.

Körpünün A1, A2 dayaqlarında tikinti işləri yekunlaşmaq üzrədir, P2 dayağının təməlində betonlama işləri icra olunur. Xüsusi texnikalardan istifadə olunmaqla görülən, "İnşaat norma və qaydaları"na uyğun olaraq, işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə lazımi sayda texnika və canlı qüvvə cəlb edilib. Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgə inşa edilib.

Düşərgədə asfalt-beton zavodu, beton zavodu və qum-çınqıl zavodu, maşın-mexanizmlərin saxlanması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub. Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.
Qubadlı-Eyvazlı avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir - FOTOQubadlı-Eyvazlı avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir - FOTOQubadlı-Eyvazlı avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir - FOTOQubadlı-Eyvazlı avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir - FOTOQubadlı-Eyvazlı avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir - FOTOQubadlı-Eyvazlı avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir - FOTOQubadlı-Eyvazlı avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir - FOTOQubadlı-Eyvazlı avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1762   Tarix: 22 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Kirayə müqaviləsi bağlamamaq hansı problemlərə yol aça bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda mənzillərin kirayəyə verilməsi zamanı tərəflər arasında yazılı müqavilənin bağlanmaması hələ də aktual məsələlərdən biridir. Bəzi əmlak sahibləri və kirayəçilər şifahi razılaşma ilə kifayətlənsələr də, bu yanaşma sonradan kirayə haqqının ödənilməsi, mənzilin boşaldılması, əmlaka dəyən zərəri

19 oktyabr
.

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

Minimum əməkhaqqı artacaq? - Video

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər

18 oktyabr
.

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeyd

19 oktyabr
.

UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr