Baş nazir QƏRAR İMZALADI
Neft məhsullarının aksiz dərəcələri səviyyəsi dəyişdirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalıayıb.
Qərarda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə əlaqədar
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları"nın 4-cü hissəsinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 35 nömrəli Qərarının 1-ci hissəsinin cədvəlinin ikinci sətrində "42,0" rəqəmləri "42,5" rəqəmləri ilə, 4-cü sətrində "18,0" rəqəmləri "18,3" rəqəmləri əvəz edilsin.
2. Ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış məntəqələrindən daşıyıcılar (təchizatçılar) tərəfindən Naxçıvan Muxtar
Respublikasına daşınmasına (təchizatına) "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş təchizat tarifinin yuxarı həddindən artıq çəkilən
xərclərin qarşılanması üçün bu Qərara uyğun olaraq subsidiya verilsin.
3. Bu Qərarın 2-ci hissəsində göstərilən subsidiyanın daşıyıcılara (təchizatçılara) ödənilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya hesabına Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təmin edilsin və bu məqsədlə hər il Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsinin hazırlanması
çərçivəsində dotasiyanın həcmi müəyyən edilərkən subsidiyanın ödənilməsi xərcləri nəzərə alınsın.
4. Bu Qərarın qüvvəyə mindiyi tarixdən 2022-ci il üzrə subsidiyanın ödənilməsi xərclərinin maliyyələşdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 5,0 (beş) milyon manat vəsait
ayrılsın.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
5.1. bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi
şərtlərin razılaşdırılması barədə saziş imzalasın;
5.2. ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) görə Naxçıvan Muxtar Respublikasının büdcəsindən subsidiyanın verilməsi qaydalarını təsdiq etsin və bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 4-cü
hissəsində qeyd olunan vəsaitin müvafiq qaydada ödənilməsini təmin
etsin.
7. Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib