Oturaq rejimdə işləyənlərin NƏZƏRİNƏ: Bu xəstəliklərdən qorunmaq üçün..
"Oturaq iş rejimi həmçinin şəkərli diabet, yüksək təzyiq kimi sağlamlıq problemlərinə gətirib çıxarır".
Bunu Sfera.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin həkim-terapevti Nuranə Əliyeva deyib.
O qeyd edib ki, daimi olaraq oturaq iş rejimində çalışan insanların onurğa sütunu əyriliyi və xalq arasında boyun kirəclənməsi kimi tanınan osteoxondroz xəstəlikləri baş verir: "Həmçinin, belə iş rejimində çalışan insanların mədə bağırsaq sistemində müxtəlif problemlər yaranır. Bu şəxslərdə qəbzlik, babasil kimi xəstəliklərə rast gəlinir. Həmin insanlarda xroniki yorğunluq, depressiyaya meyllilik digərləri ilə müqayisədə daha çox müşahidə olunur. Sadalanan problemlərin qarşısını almaq üçün ilk növbədə iş şəraitini dəyişmək mümkündürsə, dəyişdirilsin. Lakin əksər hallarda bu qeyri-mümkün olur. Ona görə də yaxşı olar ki, iş saatlarında hər saatbaşı 5-10 dəqiqəlik fasilə verilsin. Fasilə müddətində göz əzələlərini də məşq etdirmək lazımdır".
Mütəxəssis bildirib ki, imkan daxilində yüngül idman hərəkətləri də etməkdə fayda var: "Ən yaxşı üsullardan biri də gündəlik, müntəzəm olaraq idmanla məşğul olmaqdır. Çalışın ən azı 1 və ya 1.5 saat açıq havada gəzin. Bu baxımdan həm də qida rasionuna diqqət etməlisiniz. Gün ərzində hərəkət aktivliyi az olan insanlar mümkün qədər az və sağlam qidalanmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1194 Tarix: 25 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gözləriniz əsl yaşınızı göstərə bilər
Yeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub. xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişanı (retinanı
30 sentyabrGözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10 oktyabrAllergiya qəfil yarana bilər: Səbəbləri nələrdir?
Allergiya həyatın istənilən mərhələsində, hətta yetkinlik dövründə belə qəfil yarana bilər. Araşdırmalar yeni allergiyaların yaranmasına infeksiyalar, hormonal dəyişikliklər, antibiotik istifadəsi və gənə dişləməsi kimi müxtəlif amillərin səbəb ola biləcəyini göstərir. Qaynarinfo xəbər verir ki, ABŞ-ı
2 oktyabrYüksək təzyiq zamanı duzu nə ilə əvəz etmək olar? - 10 məhsul
Yüksək arterial təzyiqi olan insanlara qida rasionunda duzun miqdarını azaltmaq tövsiyə olunur. Lakin bu, yeməklərin dadsız olması demək deyil. Mütəxəssislər duz əvəzinə müxtəlif məhsullardan istifadə etməklə həm yeməyin dadını qorumağın, həm də natrium qəbulunu azaltmağın mümkün olduğunu bildirirlər
28 sentyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabrAzərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib. İnfark
4 oktyabrİnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav
5 oktyabr