Allergiya qəfil yarana bilər: Səbəbləri nələrdir?

Allergiya qəfil yarana bilər: Səbəbləri nələrdir?Allergiya həyatın istənilən mərhələsində, hətta yetkinlik dövründə belə qəfil yarana bilər. Araşdırmalar yeni allergiyaların yaranmasına infeksiyalar, hormonal dəyişikliklər, antibiotik istifadəsi və gənə dişləməsi kimi müxtəlif amillərin səbəb ola biləcəyini göstərir.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın Şimal-Qərb Universitetinin Qida Allergiyası və Astma Araşdırma Mərkəzinin direktoru Rüçi Gupta allergiyanın yaranmasında genetikanın yeganə amil olmadığını bildirib.

Mütəxəssislərin diqqət çəkdiyi amillərdən biri COVID-19-dur. 2026-cı ildə aparılan araşdırmaya görə, COVID-19-a yoluxma allergik rinit və astma inkişafı riskinin artması ilə əlaqələndirilib.

Araşdırmanın həmmüəllifi, Karolinska İnstitutunun dermatoloqu Filip Kurman bildirib ki, infeksiya zamanı immun sistemində iltihab həddindən artıq arta bilər.

Mütəxəssislər respirator sinsitial virus və rinovirusun da, xüsusilə uşaqlarda, allergiyanın inkişafına təsir göstərə biləcəyini qeyd edirlər.

Digər mümkün amil antibiotiklərdir. Onların bağırsaq mikrobiomunun balansını pozaraq immun sisteminin fəaliyyətinə təsir göstərə biləcəyi bildirilir.

Hamiləlik və menopoz dövründə baş verən hormonal dəyişikliklər də yeni allergik reaksiyaların yaranmasına səbəb ola bilər. Məsələn, əvvəldən allergiyası olan qadınların təxminən üçdə birində hamiləlikdən sonra simptomların gücləndiyi müşahidə olunub. Bəzi hallarda isə allergiyası olmayan qadınlarda burun tutulması və asqırma kimi əlamətlər yaranır. Bu vəziyyət "hamiləlik riniti" adlanır və əsl allergiyadan fərqli olaraq, müvəqqəti ola bilər.

Allergiyanın daha qeyri-adi səbəblərindən biri isə gənə dişləməsidir. Şimali Amerikada yayılan bəzi gənələrin dişləməsi qırmızı ətə qarşı allergik reaksiyalara səbəb olan "alfa-qal sindromu" ilə əlaqələndirilir.

Gənələrin tüpürcəyində "alfa-qal" adlı şəkər molekulu ola bilər. Gənə dişləməsi zamanı bu maddə ilə təmas immun sisteminin onu təhlükə kimi qəbul etməsinə səbəb ola bilər. Daha sonra qırmızı ət qəbul edildikdə ürtiker, şişkinlik və mədə-bağırsaq problemləri yarana bilər.

ABŞ-da 2017-2022-ci illər arasında 90 mindən çox insana alfa-qal sindromu diaqnozu qoyulduğu bildirilir.

Mütəxəssislərin sözlərinə görə, yeni yaranan allergiya bəzi hallarda qalıcı ola bilər. İmmun sistemi əslində zərərsiz olan maddəni təhlükəli qəbul edir və ona qarşı anticisimlər yaradır:

"İmmun sisteminiz bir maddəni zərərli kimi qəbul edir və həmin maddəyə qarşı anticisimlər istehsal edir. Bundan sonra orqanizminiz həmin maddə ilə hər dəfə təmasda olduqda ona hücum edir", - Rüçi Gupta izah edib.

Alimlər allergiyanın müalicəsi üçün yeni üsullar, o cümlədən immun sisteminə təsir edən dərmanlar, vaksinlər və allergenləri bloklayan anticisimlər üzərində araşdırmalar aparırlar. Hazırda sonradan yaranan allergiyanı tamamilə aradan qaldıran dəqiq müalicə üsulu olmasa da, bu sahədə yeni yanaşmalar üzərində iş davam edir.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 84   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq

Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər

21 sentyabr
.

Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər

Cənubi Koreyalı alimlər müəyyən ediblər ki, gözün tor qişasının adi skanı insanın bioloji yaşını qiymətləndirməyə kömək edə bilər. Tədqiqatçılar təxminən 30 min görüntünü analiz edərək tor qişanın "yaşı", həyat tərzi və bəzi xəstəliklər arasında əlaqə aşkarlayıblar. xəbər verir ki, söhbət bioloj

27 sentyabr
.

Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?

Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır, şirəsini çəkir və kişmişə çevirirlər. Lakin çox az insan şirin giləmeyvələrlə birlikdə orqanizmin nələr qəbul etdiyini və üzümün nə qədər yeyilməli olduğunu düşünür. Qaynarinfo xəbə

24 sentyabr
.

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə

15 sentyabr
.

Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?

Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla

18 sentyabr
.

Yuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma

Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl

29 sentyabr
.

Dişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ

Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin

20 sentyabr
.

Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI

Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a

22 sentyabr
.

Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı

Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda

14 sentyabr