Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər.
Bəs hava dəyişiklikləri oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? Payız aylarında oynaq problemi yaşayan insanlar nələrə diqqət etməlidirlər və hansı hallarda Həkimə müraciət etmək vacibdir?
Terapevt Nərminə Abbasova Qaynarinfo-ya açıqlamasında bildirib ki, xroniki oynaq xəstəlikləri olan bəzi pasiyentlərdə havaların soyuması ilə şikayətlər arta bilər:
"Bu, bütün insanlarda eyni şəkildə baş vermir. Lakin xroniki xəstəliyi olan şəxslərdə soyuq havaların başlaması ilə şikayətlərin, o cümlədən oynaq ağrılarının və hərəkət məhdudiyyətinin artması müşahidə oluna bilər. Belə hallarda diz, boyun, onurğa, əl, bilək və çiyin nahiyələrində ağrılar daha çox hiss edilə bilər.
Bunun səbəbi yalnız hava dəyişiklikləri deyil. Orqanizmdə mövcud olan iltihabi proseslər də simptomların artmasına təsir göstərə bilər. Eyni zamanda, hər hansı infeksion və ya virus xəstəliyinin keçirilməsi də bəzi insanlarda oynaq şikayətlərinin artmasına səbəb ola bilər. Hətta infeksiya yüngül keçsə belə, sonrakı dövrdə oynaq ağrıları və digər əlamətlər müşahidə oluna bilər".
Həkim qeyd edib ki, hər oynaq ağrısını revmatizm və ya revmatoid artrit kimi qiymətləndirmək düzgün deyil:
"Oynaq xəstəlikləri müxtəlif nahiyələrdə və fərqli əlamətlərlə özünü göstərə bilər. Bəzi sistem xəstəlikləri də ilk olaraq oynaq ağrısı ilə üzə çıxa bilər. Yaş artdıqca, xüsusilə diz oynaqlarında degenerativ dəyişikliklər meydana gələ bilər. Bu zaman oynaq strukturlarında dəyişikliklər ağrı, sərtlik və hərəkət məhdudiyyəti yarada bilər".
Nərminə Abbasovanın sözlərinə görə, oynaq şikayətləri artan şəxslər özbaşına müalicəyə başlamamalıdır:
"Bu, xəstəliyin ilkin əlaməti də ola bilər, xroniki xəstəliyi olan şəxslərdə əvvəlki infeksiyaların və digər xəstəliklərin təsiri ilə şikayətlərin kəskinləşməsi də mümkündür. Ona görə də özbaşına və yanlış müalicə aparmaq əvəzinə həkim müayinəsindən keçmək lazımdır. Zərurət olduqda qan analizləri və digər müayinələr aparılmalıdır.
Xüsusilə ağrı güclüdürsə, oynaqda şişkinlik, qızartı, hərəkət məhdudiyyəti və ya digər əlavə əlamətlər varsa, səbəb mütləq araşdırılmalıdır. Müalicə zamanı yalnız ağrıyan oynağa yerli müdaxilə etmək kifayət deyil. Əsas səbəb müəyyənləşdirilməli və xəstəyə kompleks yanaşılmalıdır".
Terapevt bildirib ki, vaxtında müayinə və müalicə xəstəliyin daha da ağırlaşmasının qarşısını almağa kömək edə bilər:
"Qış aylarında bəzi oynaq xəstəlikləri uzun müddət aktiv qala bilər. Vaxtında müalicə aparılarsa, kəskinləşmələrin qarşısını müəyyən qədər almaq mümkündür. Oynaq xəstəliyi olan şəxslərin yaz və payız aylarında, hətta ciddi şikayətləri olmasa belə, həkim müayinəsindən keçməsi faydalıdır. Xəstəlik kəskinləşdikdən sonra müalicə prosesi daha çətin ola bilər.
Profilaktik yanaşma isə problemin erkən mərhələdə aşkarlanmasına və müalicənin daha effektiv planlaşdırılmasına imkan verir".
Nərminə Abbasova uşaqlarda infeksiyalardan sonra yaranan oynaq ağrılarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb:
"Angina, virus və digər infeksion xəstəliklər, burun-boğaz və yuxarı tənəffüs yollarının infeksiyaları bəzi hallarda sonradan oynaq şikayətləri ilə müşayiət oluna bilər. Buna görə də belə xəstəliklərin vaxtında müalicəsi və uşağın vəziyyətinin izlənilməsi vacibdir.
Uşaqda infeksiyadan sonra oynaq ağrısı, şişkinlik, hərəkət məhdudiyyəti və ya ümumi vəziyyətində dəyişiklik müşahidə olunarsa, bunu diqqətdən kənarda saxlamaq olmaz".
Həkim uşaqların mütəmadi tibbi müayinədən keçirilməsinin vacibliyini də qeyd edib:
"Uşaqların vaxtaşırı tibbi müayinədən keçirilməsi bəzi xəstəliklərin erkən aşkarlanmasına kömək edə bilər. Zərurət yarandıqda həkim ümumi qan analizi və digər müayinələr təyin edə bilər. Lakin hər bir uşağa rutin şəkildə xüsusi analizlərin, o cümlədən revmatoloji testlərin aparılması barədə qərar fərdi klinik vəziyyətə əsasən verilməlidir.
Valideynlər xüsusilə infeksion xəstəliklərdən sonra yaranan oynaq ağrılarını və digər qeyri-adi əlamətləri diqqətdən kənarda saxlamamalıdırlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?