David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır.
Məsələ ilə bağlı Sonxeber.az-a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsində məhkəmə iclası təyin edilib.
Vəkil qeyd edib ki, məhkəməyə müraciətin əsasını Çingiz Qənizadənin müxtəlif media platformalarında Abbasov Kazım Elşən oğlu barədə səsləndirdiyi açıqlamalar təşkil edir. Müdafiə tərəfi həmin açıqlamalarda müvəkkili haqqında bir sıra məlumatların həqiqətə uyğun olmayan formada təqdim edildiyini hesab edir.
Sahil Allahverdiyev qeyd edib ki, xüsusilə müvəkkili haqqında işlədilən "milli bir dələduzdur" ifadəsi, eləcə də onun pul ələ keçirməsi və hədə-qorxu gəlməsi ilə bağlı açıqlamalar məhkəmə qaydasında mübahisələndirilir.
"Məhkəməyə müraciətimiz konkret media açıqlamalarına və şikayətdə irəli sürdüyümüz ittihamları əsaslandıran sübutlara söykənir. Müvəkkilim haqqında işlədilmiş "milli bir dələduzdur" ifadəsini, onun pul ələ keçirməsi və hədə-qorxu gəlməsi barədə açıqlamaları hüquqi müstəvidə mübahisələndiririk. Hesab edirik ki, həmin açıqlamalarda həqiqətə uyğun olmayan məlumatlar baş vermiş hadisələr kimi təqdim olunub və bu, müvəkkilimin şərəf və ləyaqətinə, eləcə də ictimai nüfuzuna zərər vurub", - deyə vəkil bildirib.
Onun sözlərinə görə, müdafiə tərəfi məhkəməyə yalnız şifahi etirazlarla kifayətlənməyib və öz mövqeyini əsaslandıran materialları da təqdim edib.
"Şikayətimizin əsaslılığını təsdiqləmək üçün mübahisəli yayımları və pul münasibətlərinin açıqlamalarda göstəriləndən fərqli olduğunu əsaslandıran materialları məhkəməyə təqdim etmişik. Bu materialların məhkəmə tərəfindən araşdırılmasını və hüquqi qiymət verilməsini gözləyirik", - deyə Sahil Allahverdiyev vurğulayıb.
Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsinə təqdim edilən müraciət xüsusi ittiham qaydasında verilmiş şikayətdir. Bununla yanaşı, Abbasov Kazım Elşən oğlu özünə və dövlətin mənafelərinə qarşı törədildiyini bildirdiyi daha ağır xarakterli əməllərlə bağlı prokurorluq orqanlarına da ayrıca müraciətlər edib.
Müdafiə tərəfinin məlumatına görə, həmin müraciətlər hazırda araşdırılır.
Beləliklə, tərəflər arasında mediada səsləndirilmiş qarşılıqlı iddialar artıq məhkəmə müstəvisinə keçir. Proses çərçivəsində mübahisələndirilən açıqlamaların məzmunu, onların hansı faktlara əsaslandığı, təqdim olunan sübutlar və tərəflərin hüquqi mövqeləri araşdırılacaq.
Qeyd edək ki, bu mərhələdə səsləndirilən ittiham və iddialar tərəflərin mövqeləridir. Onların hüquqi əsaslılığına yekun qiyməti məhkəmə verəcək.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır