Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA

Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMASon dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunun razılığı olmadan onun kredit borcu, gecikməsi və maliyyə vəziyyəti barədə məlumatların üçüncü şəxslərə bildirilməsi bank sirri və şəxsi məlumatların qorunması baxımından suallar yaradır.

Bəs, bank kredit borcuna görə borclunun qohumlarına hansı hallarda zəng edə bilər, qohumun zamin olmadığı halda onunla borc barədə məlumat paylaşılması qanun pozuntusu hesab edilə bilərmi və vətəndaş belə hal ilə qarşılaşdıqda hüquqlarını necə qoruya bilər?
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, müştəri banka təqdim etdiyi əlaqə nömrələri üzrə gecikmə olduğu halda həmin şəxslərlə əlaqə saxlanılacağı barədə kredit götürərkən xəbərdar edilir.

"Bu nömrələrin əsas məqsədi müştərini birbaşa tapmaq mümkün olmadıqda, zənglərə cavab vermədikdə və ya onunla əlaqə yaratmaq mümkün olmadıqda, təqdim etdiyi şəxslər vasitəsilə müştəri ilə əlaqə qurmaqdır. Kredit götürərkən müraciət ərizəsi ilə yanaşı, əlaqə nömrələri, e-mail və digər əlaqə vasitələrinin qeyd olunduğu anket forması doldurulur. Şəxs adətən həmin formada birinci dərəcəli qohumlarının və ailə üzvlərinin əlaqə nömrələrini qeyd edir. Bank qanunvericiliyinin və ümumi qanunvericiliyin tələbləri o halda pozula bilər ki, müştəriyə aid şəxsi və ya kredit məlumatları onun təqdim etdiyi nömrələrin sahiblərinə açıqlansın. Məsələn, müştəri gecikmədədirsə, ona zəng çatmırsa, ölkədə deyilsə, nömrəsini dəyişibsə və bankın onunla birbaşa əlaqə yaratmaq cəhdləri nəticə vermirsə, təqdim etdiyi əlaqə nömrələri, xüsusilə də birinci dərəcəli qohumlarının nömrələri ilə əlaqə saxlanıla və müştərinin axtarıldığı, ödəniş vaxtının çatdığı və ya ödənişi gecikdirdiyi barədə məlumat verilə bilər".

Ekspert bildirib ki, şəxslərin də kredit götürərkən əlaqə nömrəsini təqdim etdiyi qohumlarını bu barədə əvvəlcədən məlumatlandırması və onların razılığını alması daha məqsədəuyğundur:

"Çünki sonradan bank həmin şəxslə əlaqə saxladıqda onun bundan xəbərsiz olması ilə bağlı narazılıq yarana bilər. Ümumən, şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin müəyyən tələbləri və standartları var. Müştərinin şəxsi məlumatları üçüncü şəxslərə və ya sonradan müəyyən edilmiş qohum, tanış və digər şəxslərin nömrələrinə açıqlanarsa, bu, qanun pozuntusu sayıla bilər. Lakin müştərinin özü tərəfindən banka könüllü şəkildə təqdim edilmiş qohumlarının əlaqə nömrələri ilə məlumatlandırma və xəbərdarlıq məqsədilə əlaqə saxlanılması fərqli məsələdir. Kredit götürərkən müştəriyə bildirilir ki, ödənişdən yayınması və ya onunla əlaqə yaratmağın mümkün olmaması halında təqdim etdiyi əlaqə nömrələri vasitəsilə yaxınları ilə əlaqə saxlanılaraq onun axtarıldığı və ödəniş vaxtının çatdığı barədə məlumat verilə bilər. Bununla belə, müştəriyə aid şəxsi və kredit məlumatlarının həmin şəxslərlə paylaşılması artıq qanun pozuntusu sayıla bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 67   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI

İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın

19 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr