Azərbaycanın inkişafdan qalan elmi: Səbəb yalançı alimlər, yoxsa yetərsiz maliyyədir?

Azərbaycanın inkişafdan qalan elmi: Səbəb yalançı alimlər, yoxsa yetərsiz maliyyədir?Mütəmadi olaraq Azərbaycan alimlərinin heç bir ixtirasının olmaması, alim adını yalandan almaları istiqamətində fikirlər səsləndirilir. Hətta Milli Elmlər Akademiyasının gərəksiz bir qurum olduğu, oranın elmi yeniliklərdən uzaq qocalardan ibarət bir müəssisəyə çevrildiyi də deyilir. Amma Azərbaycan alimlərinin gəlirinin dünya ölkələriylə müqayisədə aşağı olduğunu çox az qisim insan dilə gətirir.

Maraqlıdır, Azərbaycanın elmi kəşflər baxımından geri qalmasının əsas səbəbi nədir? Burada alimlərin fəaliyyətsizliyi, yoxsa elmə az maliyyə ayrılması aparıcı rol oynayır?

İqtisad üzrə elmlər doktoru, professor, Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri Elşad Məmmədov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, Elmlər Akademiyasının fəaliyyətinə, bütövlükdə isə Azərbaycan elminə biznes nöqteyi-nəzərdən yanaşmaq olduqca yanlış fəlsəfədir:

"Biz elmə sırf üç-beş aya iqtisadi dividendlər qazandıran sahə kimi yanaşmamalıyıq. Elmi istiqamətlərin adekvat təsnifatı aparılmalıdır. Fundamental, tətbiqi və sahəvi elm var. Onların hər birinə yanaşmalar fərqli olmalıdır. Maliyyələşmə və idarəetmə də müvafiq qaydada aparılmalıdır.

Əgər biz iqtisadi cəhətdən, texnoloji baxımdan, elmi inkişaf nöqteyi-nəzərindən mütərəqqi ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, fundamental elm tam şəkildə dövlət tərəfindən maliyyələşir. Yəni dövlətin iqtisadi mexanizmində bu öz əksini tapmalıdır. Elmə dövlət tərəfindən ayrılan xərcləri tənzimləmək üçün normativlər müəyyən edilməlidir.

Praqmatik və effektiv yanaşmalar bu gün bu göstəricilərin təqribən dörd-beş faiz civarında müəyyən olunmasını zəruri edir. Bizdə isə bundan söhbət belə gedə bilməz. Hesablamalarıma görə, göstəricilər on dəfədən də aşağıdır. Sözsüz ki, bu, bir problemdir. Xüsusilə fundamental elmi istiqamətlər üzrə maliyyələşməni biz kənarda qoya bilmərik".

Professor sahəvi və tətbiqi elmlə bağlı proseslərin 50 faizinə özəl sektorun qoşulmasının vacibliyini vurğulayıb:

"Amma 50 faizlik də dövlət iştirakına ehtiyac var. Elm bir ölkə sərhədləri ilə də məhdudlaşdırıla bilməz. Elmi mübadilə, müxtəlif istiqamətlər üzrə texnoloji korporasiyalar lazımdır. Elm ictimaiyyəti arasındakı münasibətlər heç də dövlət sərhədləri ilə müəyyənləşmir. Ona görə də biz ilk növbədə qonşu dövlətlərlə bu istiqamətdə əməkdaşlıqdan söz açmalıyıq. Bizim araşdırmalarımızın effektiv olması üçün bunu reallaşdırmalıyıq.

Digər ciddi problemlərdən biri də sahələr üzrə elmi inkişafın son onilliklər ərzində geriləməsiylə bağlıdır. Sovet sistemində müxtəlif sahələrə cavab verən nazirliklərin tərkibində elmi-tədqiqat institutları vardı. Özəlləşdirmə, bazar iqtisadiyyatına keçid, demək olar ki, onların məhvinə səbəb oldu. Bu da geriləməyə gətirib çıxardı. Biz bu gün həm kənd təsərrüfatında, həm də iqtisadiyyatın digər sahələrində onun fəsadlarını hiss edirik. Çünki sahələr üzrə elmi inkişafın olmaması iqtisadiyyatı büdrədir, kor vəziyyətdə qoyur".

Alim qeyd edib ki, hər sahədə reallaşdırılan iqtisadi və texnoloji siyasət innovasiyalara, elmi-texniki tərəqqiyə bağlıdır:

"Onsuz innovativ göstəricilərə nail olmaq mümkün deyil. Ona görə də yanaşmalar primitiv olmamalıdır. Maliyyəni kəsərək, hansısa institutları açıb-bağlayaraq elmin düzələcəyini düşünmək yanlışdır.

Ən mühüm məqamlardan biri də elmi idarəçiliklə bağlıdır. Təəssüf ki, bir çox hallarda ali məktəblərdə, elmi-tədqiqat institutlarında müvafiq elmi və idarəetmə təcrübələri olmayan insanlar rəhbər vəzifələrdə çalışırlar. Onların çalışmalarının fəsadlarını isə həm kollektivləri, həm də bütün ölkə hiss edir və ağrısını çəkir. Əgər biz rəqabətqabiliyyətli iqtisadi, texnoloji sistem qurmaq istəyiriksə, problemlər həllini tapmalıdır və onların həlli real effektiv üsullardan uzaqda axtarılmamalıdır. Məsələn, kimsə neçə dil bilirsə, xaricdə təhsil alıbsa, bu onun vəzifəyə gəlməsinə əsas vermir. Belə yanaşmalar Azərbaycanın elmi infrastukturunda mənfi nəticələrini göstərir"./Oxu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1133   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi

Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil

17 oktyabr
.

Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"

Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb. "Report" xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdə

17 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

Kirayə müqaviləsi bağlamamaq hansı problemlərə yol aça bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda mənzillərin kirayəyə verilməsi zamanı tərəflər arasında yazılı müqavilənin bağlanmaması hələ də aktual məsələlərdən biridir. Bəzi əmlak sahibləri və kirayəçilər şifahi razılaşma ilə kifayətlənsələr də, bu yanaşma sonradan kirayə haqqının ödənilməsi, mənzilin boşaldılması, əmlaka dəyən zərəri

19 oktyabr
.

Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu

19 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeyd

19 oktyabr