"Evlərin çıxarışı olmadığına görə büdcə vergidən məhrum olur"
"Bu gün Bakı və Abşeron ərazisində çıxarış ala bilməyən 500mindən artıq fərdi həyət evləri var. On minlərlə torpaq sahələri var ki, həmin torpaq sahələrinin çıxarışları yoxdur. Həmin torpaq sahələri ya zamanında bələdiyyələr tərəfindən, ya icra hakimiyyətləri və yaxud da hansısa kalxoz və savxoz tərəfindən satılmış torpaqlardır ki,həmin torpaqlara çıxarışın alınması ciddi problem olaraq bu günə qədər gəlib çatıb".
Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb. Onun sözlərinə görə, vətəndaşlar çıxarış ala bilmədikdə məhkəmələrə müraciət edirlər. Bələdiyyənin vətəndaşa satdığı torpaq sahəsi əksər hallarda hər hansısa başqa bir qurumun balansında olduğuna görə, məhkəmə belə vətəndaşa kömək edə bilmir. Ekspertin sözlərinə görə, bu cür proseslər dövlətə də zərər vurur.
"Bakı şəhərində hər ay minlərlə alqı-satqı baş verir ki, həmin alqı-satqıların böyük hissəsi çıxarışı olmayan fərdi həyət evlərinin üzərindən aparılır. Çıxarış olmadıqda isə həmin mənzillərin satışı notarial qaydada aparıla bilmir. Pul banka köçürülə bilmədiyinə görə, bundan banklar faydalana bilmir. Digər tərəfdən, alqı-satqı olan zaman çıxarış varsa, vətəndaşlar dövlətə vergi ödəyirlər və çıxarış olmadığına görə dövlət büdcəsi vergidən məhrum olur",- deyə ekspert qeyd edib.
Elnur Fərzəliyev bildirib ki, ötən il və ondan əvvəlki ildə prezidentin tapşırığı ilə 400-ə qədər yeni tikili binaya çıxarış verilib. Həmin binalar demək olar ki, ölkə başçısının əhv fərmanına düşdü. Çünki, bəzi binalar var idi ki, 10 ildən çox müddət çıxarış ala bilmirdilər. Bu baxımdan hazırda çıxarış ala bilməyən bir çox yeni tikili binalarda mənzillər var ki, vətəndaşlar uzun müddət mənzillərində yaşamalarına baxmayaraq, qeydiyyata düşə bilmirlər.
"Azərbaycanda xarici vətəndaşın bir mənzil alması üçün mütləq şəkildə həmin mənzilin çıxarışı olmalıdır. Azərbaycana digər ölkələrdən, şərq ölkələrindən gələn turistlər alıcı və daşınmaz əmlak müştərisinə çevrilə bilər. Təəssüf olsun ki, onlar bəyəndikləri ərazilərdə çıxarış olmadığına görə yatırım edə bilmirlər. Bu da o deməkdir ki, ölkəmizə xarici ölkələrdən gələn 100 milyonlarla valyuta bizim ölkəmizdən yan keçir, və digər qonşu ölkələrə yönəlmiş olur" - deyə ekspert əlavə edib./Bizimyol.info
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi
23 sentyabrAİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil
29 sentyabrAzərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo
21 sentyabrƏtin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?
29 sentyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrAzərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm
24 sentyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabrQızılın son qiymətləri bəlli oldu
30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5
30 sentyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabr