"Neft Daşları"nda istismar quyusu açıq fontana keçib
Bu gün səhər saatlarında "Azneft" İB-nın "Neft Daşları" NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı quyu açıq fontana keçib.
Bu barədə Sonxeber.az "Azneft" İB-ə istinadən xəbər verir.
Hadisə nəticəsində xəsarət alan olmayıb və yanğın qeydə alınmayıb.
Meydançada işlək quyuların fəaliyyəti dayandırılıb, orada işləyən əməkdaşlar təhlükəsiz əraziyə uzaqlaşdırılıb və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Fontanın ram edilməsi istiqamətində, SOCAR-ın, Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupunun və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən texniki və təşkilati tədbirlər davam etdirilir.
Hadisə ilə əlaqədar, SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyası prosesi Baş ofisin Böhran Mərkəzində qaydalara uyğun olaraq idarə edir.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 %-dən çox artıb
Bu ilin yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 946,7 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,6 %, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 9,1 % çoxdur. Kredit qoyuluşunun 22 milyar
31 yanvarAzərbaycandan Ermənistana neft məhsulları göndəriləcək
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. -a "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, bu gün 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndəriləcək. "Bunda
9 yanvarAytəkin Cəfərovaya Qarabağda vəzifə verildi
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində kadr təyinatı olub. Ölkə.az-ın əldə etdiyi məlumata görə, Aytəkin Cəfərovaya qurumun Qubadlı rayonu üzrə ərazi şöbəsinin müdiri vəzifəsi verilib. Qeyd edək ki, bundan öncə o, Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri olub
19 yanvarİrandan Azərbaycana gətirilən malların qiyməti bahalaşacaq? - AÇIQLAMA
Hazırda İranda baş verən proseslər həm daxili sabitlik, həm də region ölkələri ilə münasibətlər baxımından diqqətlə izlənilir. Ölkə daxilində siyasi, iqtisadi və sosial gərginliyin artması, beynəlxalq müstəvidə isə sanksiyalar, diplomatik təzyiqlər və regional təhlükəsizlik məsələləri İranın ümumi vəziyyətin
16 yanvarŞamaxı və Göyçayda heyvan satışı bazarları açıldı
Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib. xəbər verir ki, bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərin
10 yanvarAzərbaycan Pakistandan sarıkök tədarükünü bərpa etdi
Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 % çox, kəmiyyət olaraq - 5 % azdır. Hesabat dövründə Azərbaycan Hindistandan 639 mi
17 yanvar"Memar Əcəmi"nin 4-cü çıxışı müvəqqəti bağlanacaq
"Bakı Metropoliteni" QSC-nin "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq
6 yanvarRamiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı - TƏFƏRRÜAT
Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 4-cü rübü üçün maliyyə hesabatlarını açıqlayırlar. xəbər verir ki, "Bank BTB" ASC-nin rəsmi veb-səhifəsində dərc olunan məlumatda, bankın 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə yekunlaşdırdığı yazılıb. Lakin bankın maliyyə göstəricilərind
16 yanvar