"Arıqlama virusu": Qaraciyəri pozan, xərçəng yaradan çaylar - ARAŞDIRMA

"Arıqlama virusu": Qaraciyəri pozan, xərçəng yaradan çaylar - ARAŞDIRMAArıqlama istəyi günümüzdə virus kimi bütün dünyanı cənginə alıb. İdmana tənbəllik edən, pəhrizlərə iradəsi və səbri çatmayanlar reklamlarda az qala möcüzəli təsir vasitəsi kimi təqdim edilən dərmanlara, xüsusi çaylara, qəhvələrə, bioloji aktiv maddələrə üz tutur, onlar vasitəsilə sürətlə, əziyyət çəkmədən arıqlamaq istəyirlər.

Müşahidələrdən aydın olur ki, sosial şəbəkələrin Azərbaycan seqmentində arıqlama çaylarının təbliği artıb. Diqqətçəkən məqam isə mütəxəssis olmayanların belə çayları reklam etməsidir. Onlar həmin məhsulları reklam edərək, satmğa çalışırlar. İnsanlar istəklərinə məğlub olub həmin məhsulları əldə edirlər. Lakin onun fəsadlarını düşünmürlər.

Bəs görəsən, arıqlama çaylarının nə kimi fəsadları ola bilər? Belə hallara kim nəzarət edir?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Sübhan Hacıyevin sözlərinə görə, dəb halını almış arıqlamaq istəyi insanlarda sağlamlıqdan çox, əks-təsirə səbəb olur:

"İnsanların tənbəlliyi və səbirsizliyi özünü fəsadlarla büruzə verir. Buna görə də mənşəyi bilinməyən qəhvələrə, həblərə üz tuturlar. Bunlar arasında elə vasitələr var ki, uzun illər təcrübədən keçib, sonradan satışa buraxılıb. Amma çoxunun tərkibi ciddi şəkildə öyrənilmir. Bu kimi çayların, qəhvələrin, həblərin ziyansız olduğunu deyə bilmərik. Həmin vasitələrdən istifadə ağır psixoloji problemlərə gətirib çıxara bilər".

S.Hacıyev qeyd edib ki, arıqlama çayları xərçəng xəstəliyi riskini artırır:

"Ən çox rast gəldiyimiz bağırsaq xəstəlikləridir. Çayların təsiri ilə yaranan ishal yoğun bağırsaq xərçəngi, bağırsaq çatları xəstəliklərinə səbəb ola bilər. Bunların çoxu cərrahi patologiyalardır, yəni artıq cərrahi müdaxilələri qaçılmaz edir.

Arıqlıq – sağlamlıqdır, lakin o, təbii yol ilə olmalıdır. Bir ay ərzində dörd kiloqramdan çox arıqlamaq olmaz. İnsanlar rasionlarında karbohidratları, şirniyyatı, xəmir xörəkləri və yağlı qidaları kəsməlidirlər. Hər kəs sağlamlıq dərəcəsinə, çəkisinə müvafiq olaraq su içməli, aktiv həyat tərzi yaşamalıdır".

Qastroenteroloq Nuranə Məhərrəmova isə əlavə edib ki, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlərin sayı hər zaman çox olub:

"Müəyyən fəsadlarla müraciət edənlər var. Həkim olaraq heç bir zaman sürətli arıqlamanın tərəfdarı olmamışıq. Çünki orqanizmin daxili gözlə görünmür, xüsusiyyətləri bilinmir. Bitki tərkibli, ümumiyyətlə mənşəyi məlum olmayan bəzi məhsulların ən çox ziyan verdiyi orqan qaraciyərədir. Bunlar qaraciyərdə funksional pozuntuya səbəb olur. Arıqlama vasitələri müəyyən müddət ərzində toxluq hissi yaratsa belə, ümumi mübadilə prosesini pozur".

N.Məhərrəmova qeyd edib ki, bəzən adıçəkilən vasitələrdən istifadə edənlər arıqlamaq əvəzinə kökəlirlər:

"Maddələr mübadiləsinin pozulması qan dövranı sisteminə təsir göstərərək orqanizmdə müəyyən xəstəliklərə yol açır. Mədəsində qastriti olanlar var. Bunlar arıqlama çayları içəndən sonra əziyyət çəkirlər. Çox müraciətlər olub.

Çaylar insanlarda toxluq hissi yaradır. Buna görə də ac qalırlar. Orqanizm yemək qəbul etmir. Gələn xəstələrin ödündə daş və ya polip əmələ gəlir. Əks-təsir ilə müraciət edənlər də var - arıqlamaq yerinə çəkiləri artır. Su içəndə belə, kökəlirlər. İstifadə etməməyi məsləhət görürəm".

Diyetoloq Leyla Zülfüqarlı isə qeyd edib ki, reklamlarla insanları aldadırlar:

"İnsan kökəlir, arıqlamağa ehtiyacı olur. Bir sıra biokimyəvi proseslər gedir. Kökəlməyə səbəb olan o qədər faktorlar var. Şəxsin arıqlaması sadəcə su və çay ilə mümkün deyil. Kompleks şəklində proseslər getməlidir. Bundan sonra arıqlamanı əldə edirik. Çay müalicəvi tərkibli olmalıdır. Müalicəvi çaylardan dədə-babalarımız da istifadə ediblər".

L.Zülfüqarlı deyib ki, çayları dozadan artıq istifadə etdikdə fəsadlara yol aça bilir:

"Çox istifadə olunanda bədən su itirir. İnsanlar aldanmasınlar. Qara çay insanı kökəldir. Biokimyəvi proseslərə təsir edir. Dəmiri qovur. Fəsadları çoxdur. Çay içən xalqın çayla arıqlamasına ehtiyacı var. Sadəcə, artıq çəkiylə doğru şəkildə mübarizə aparmaq lazımdır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında şikayətlərin çox olduğunu söyləyib:

"Bizə gələn şikayətlərdə bildirilib ki, çayın heç bir təsiri yoxdur. Bu sahədə böyük problem yaşanır. Pul xatirinə reklam olunur. Qanun qadağan etmir. Qadağan olunmayan mallar reklam oluna bilər.

Bununla bağlı gələn şikayətləri araşdırdıqda məlum oldu ki, həmin məhsullar Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməyib. Bir çox məhsullar sertifikat almadan satışa çıxarılır, reklama gedir. İnsanlar bu cür reklamlara inanmamalıdırlar. Bu məsələ nəzarətsizdir, insanları aldatmağa çalışırlar. Agentlik daha fəal işləməlidir. İctimaiyyətdə olan fikirlər izlənməlidir".

Arıqlama çayından istifadə edən Aytac Şükürova həmin məhsullardan müsbət nəticə aldığını bildirib:

"Arıqlama çaylarından istifadə etmişəm. Və ən bəyəndiyim oldu. Təkcə bir yox, müxtəlif çeşidlərdən istifadə etmişəm. Çayın bir qutusunu bitirəndə artıq üç-dörd kq çəki atdığımı gördüm. Gün ərzində iki dəfə qəbul edirdim. 10 günə yemək yeyə-yeyə o qədər çəki atdım. Yaxşı nəticə oldu".

Arıqlama çayının digər bir istifadəçisi Elmira Əliyeva isə onun ziyanlı təsirlərindən danışıb:

"Bu çayların heç bir xeyri yoxdur. Əks-təsiri olur. Hətta mənim kimi istifadə edən tanışım da var idi. Sinəsində "artıq ət" çıxmışdı. Həkimlər istifadə etdiyi çaydan olduğunu bildirmişdilər. Çayı içən zaman arıqlayacaqlarını düşünürlər. Lakin bir müddət sonra içməsən, olduğundan da çox kökəlirsən. Həmin çaylar böyrəklərə ziyandır. İnsanlarda qurd əmələ gətirir. Bacardığınız qədər içməməyə çalışın. Heç bir xeyri yoxdur".

Nəzrin Vahid


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1735   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka

19 oktyabr
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi

Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil

17 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

Bakının bu rayonunda iki gün SU OLMAYACAQ

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl

19 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr