Metro istifadəçilərinə ŞAD XƏBƏR: Sentyabrda...

Metro istifadəçilərinə ŞAD XƏBƏR: Sentyabrda..."Bakı Metropoliteni"ndə sərnişindaşıma prosesinə cəlb olunan 305 vaqon və yaxud 61 qatar var. Bu qatarlardan 19-u ən son modelli hesab olunur. Vaqonların istismar müddəti yeni nəsil qatarlarda 30, köhnələrdə isə 31 ildir. Bu müddət tamam olmamış normativ tələblərə uyğun olaraq həmin vaqonlar xətdən çıxarılmır. İllərin təcrübəsi də göstərir ki, vaxtında texniki baxış, qulluq, təmir işləri aparıldıqda vaqonlar istismar müddətini başa vuran ana qədər xətdə olurlar".

Sonxeber.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu vaqonların yeniləri ilə əvəz olunması, yaxud yeni qatarların gətirilməsi 2 vacib prosesi özündə ehtiva edir:

"Metropoliten xətləri böyüdükcə, yeni stansiyalar inşa olunduqca zərurət yarandığı təqdirdə yeni vaqon və qatarlar alınır. İkinci vacib şərt vaqonların istismar müddətini başa vurmasıdır. Hazırda "Bakı Metropoliteni" 2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq bu il 4 qatar tərkibi almalıdır. Həmin vaqonların istehsal prosesi davam edir. Sentyabrda "Bakı Metropoliteni"nin nümayəndələri həmin qatarlardan birinin texniki təftişi, sınaqları və qəbulu üçün Moskvaya gedəcək, qatarlar Bakıya gətiriləcək. Bundan əlavə, "Bakı Metropoliteni" köhnə nəsil qatarlarla bağlı bütün texniki nüansları araşdırır, 2017-ci ildən bu tip qatarlar tam avtomatlaşdırılır. Ən son qatarlarda tətbiq olunan yeniliklərin böyük əksəriyyəti bu vaqonlarda da tətbiq olunur. Lakin araşdırma onu da göstərir ki, həmin qatarlara kondisionerlərin quraşdırılması faktiki olaraq texniki cəhətdən qeyri-mümkündür. Bunu hətta istehsalçı müəssisə özü də xüsusi rəyində qeyd edib. Dünyada vaqonqayırma sənayesi, xüsusən informasiya-kommunikasiya texnologiyaları, havalandırma sistemləri ilə bağlı ən son nailiyyətlərin hər biri öyrənilib. Nümunə kimi qeyd edə bilərəm ki, 1 vaqonun kondisioner sisteminin quraşdırılması üçün 2 xüsusi irihəcmli soyuducu çənlər quraşdırılmalıdır. Bu səbəbdən qatarın elektrik sistemi tamamilə dəyişdirilməlidir. Bu sistemin quraşdırılması və 2 çənin qoyulması o deməkdir ki, vaqonun tarazlıq prinsipləri, onun konstruktiv dəyişiklikləri aparılmalıdır. Belə olduqda yeni qatarın istehsalı prosesinə bərabər bir texnoloji proses gündəmə gəlir. Bu səbəbdən yeni kondisionerin quraşdırılması faktiki olaraq texniki cəhətdən yerinə yetirilmir.

Metropoliten xətlərində 61 qatarın hər biri hər gün dövr etmir. Metro xətlərində bugünkü texniki imkanlar çərçivəsində 40-46 marşrut üzrə qatarlar hərəkət edir. Bu isə xətdə daimi olaraq 40-46 qatarın olması deməkdir. Bu qatarlardan 19-u davamlı olaraq yenidir. Bütün qatarların depoya verilməsinin 2 vacib şərti var. Birinci, qatarlar 8-20 saat xətdə olduqdan sonra mütləq şəkildə texniki baxış üçün depoya verilməlidir. İkinci vacib məqam ondan ibarətdir ki, bizim şəxsi nəqliyyatımızdan fərqli olaraq Metropolitendə qatarlar qət etdiyi məsafədən asılı olaraq mütləq qaydada təmir və qulluğa dayandırılmalıdır. Bu nüanslar Metropolitendə ciddi nəzarət altında və daim təmin olunur. Qatarlar təmir üçün də depoya verilir. Bu hallar istisna olmaqla yeni qatarların hər biri mütləq qaydada gün ərzində xətdə olur. 4 yeni qatarın alınması ilə faktiki olaraq gələn ilin yay dövrü üçün artıq Metropoliten xətlərində olan vaqon parkının 50 faizə yaxını tamamilə yenilənmiş hesab oluna bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4489   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka

19 oktyabr
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi

Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil

17 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

Bakının bu rayonunda iki gün SU OLMAYACAQ

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl

19 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr