Ədalət Verdiyev: "Azərbaycan ordusu Xankəndiyə girsəydi nə ola bilərdi?"

Ədalət Verdiyev: "Azərbaycan ordusu Xankəndiyə girsəydi nə ola bilərdi?""Avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyevin səsləndirdiyi "İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Xankəndinin azad edilməsinə çox yaxın olub. Amma bunun həm də ordu ilə mülki şəxslər arasında qarşıdurma olacağını başa düşən ölkə rəhbərliyi bunu etməmək qərarına gəlib" bəyanatı Qarabağ münaqişəsinin bir çox detallarını və mürəkkəbliyini anlamayan, bu müharibədə iştirak etməyən, lakin özünü sahənin "mütəxəssisi" kimi qələmə verməyə çalışan az sayda şəxslər tərəfindən düzgün dəyərləndirilmir".

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev öz "Facebook" hesabında paylaşıb.

O bildirib ki, Hikmət Hacıyevin fikirləri diplomatik auditoriyaya yönəlmişdi. 160-a yaxın diplomatın qarşısında çıxış edirdi və Azərbaycanın sülhsevər, humanist simasını göstərirdi.

"Məlumdur ki, Azərbaycan Ordusu necə şücaət, qəhrəmanlıq nümayiş etdirdi. Amma bir hərbi ekspert kimi deyə bilərəm k, Şuşa əməliyyatı təkcə peşəkarlıq, bacarıq, şücaət deyil, həm də ordumuzun çox böyük güc sərf etməsi hesabına uğurla tamamlandı. Şəxsi heyət də artıq yorulmuşdu və Xankəndi istiqamətində həmlələr bir o qədər də asan başa gələ biləcək məsələ deyildi.

Beynəlxalq aləmin reaksiyasını unutmayaq. ABŞ və Fransa səfirliklərinin indiyə kimi öz nümayəndələrini Şuşaya göndərməkdən imtina etməsi onu deməyə əsas verir ki, Şuşanın qaytarılması heç də onların ssenarisinə uyğun gəlməyib. ATƏT-in Minsk qrupunu reanimasiya etmək cəhdləri də göstərir ki, onlar hələ problemi bitmiş hesab etmirlər. Bəs Azərbaycan ordusu Xankəndiyə girsəydi nə ola bilərdi? Rusiya faktorunu da unutmayaq, ruslarla üz-üzə gəlmək təhlükəsi də böyük idi.

Odur ki, gəlin hadisələri ayıq başla analiz edək. İnformasiya Müharibəsinin ən aktiv şəxsləri sırasında yer alan H.Hacıyevin səviyyəsini müzakirə edənlər bir az diqqətli olsunlar, özlərini olduqları ölçüdə görsünlər. Qarabağ və Zəngəzur məsələsində dövlətimizin yanında olmaq istəmirlərsə, heç olmasa məsələnin mahiyyətini bilən və buna uyğun danışan, hərəkət edənlərə mane olmasınlar.

Milli məsələlərdə bölünən xalqlar sonradan daim peşman olur…" – deyə, o qeyd edib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1942   Tarix: 29 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr
.

Kirayə müqaviləsi bağlamamaq hansı problemlərə yol aça bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda mənzillərin kirayəyə verilməsi zamanı tərəflər arasında yazılı müqavilənin bağlanmaması hələ də aktual məsələlərdən biridir. Bəzi əmlak sahibləri və kirayəçilər şifahi razılaşma ilə kifayətlənsələr də, bu yanaşma sonradan kirayə haqqının ödənilməsi, mənzilin boşaldılması, əmlaka dəyən zərəri

19 oktyabr
.

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeyd

19 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Korrupsiyanı ifşa edənlərə mükafat veriləcək - bəs onları təzyiqlərdən kim qoruyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib. Layihədə belə şəxslərin kimliyinin məxfiliyinin qorunması, hüquqi yardım alması və korrupsiya barədə məlumat verdiklərinə görə iş yerində qisas xarakterli tədbirlərl

19 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

Bakının bu rayonunda iki gün SU OLMAYACAQ

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl

19 oktyabr