Azərbaycanda istirahət mərkəzində partlayış olub, yaralananlar var - YENİLƏNİB
Sumqayıt şəhəri "Sunset" istirahət mərkəzində baş verən partlayışla bağlı Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 19:12 radələrində Sumqayıtın Sahil küçəsində partlayış olması barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasına çağırış olub.
Çağırışla əlqədar hadisə yerinə iki briqada cəlb olunub. Məlum olub ki, Corat-Novxanı yolunda, Sahil küçəsində fəaliyyət göstərən "Sunset" istirahət mərkəzində suqızdırıcının (kombi) partlaması nəticəsində orada çalışan üç əməkdaş müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəsarət alan 1972, 1969-cu il təvəllüdlü iki qadın və 1963-cü il təvəllüdlü kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Vəziyyətləri ağır olan hər üç şəxs təcili tibbi yardım avtomobili ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yola salınıb.
21:01
Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.
Bu barədə "Report" Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda "Sunset" istirahət mərkəzinin qazanxanasında baş verib. Nəticədə üç nəfər xəsarət alıb.
20:13
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən "Sunset" istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.
FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
20:06
Abşeronda hoteldə partlayış olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə "Sun Set" hotelində qeydə alınıb.
İlkin məlumata görə, hotelin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda əraziyə FHN əməkdaşları cəlb edilib: "Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 6569 Tarix: 30 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrKürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama
Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hans
18 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabrZaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündən keçib
17 oktyabrGəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay
18 oktyabrSalyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markal
18 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabr